Bizi izləyin

Ölkə futbolu

Respublika stadionunda Braziliya tamaşası

“Qarabağ”ın son qələbəsini bir adamın adına bağlam…

blank
“Qarabağ”ın son qələbəsini bir adamın adına bağlamaq insafsızlıqdı. Çümpionlar Liqasının 3-cü təsnifat mərhələsində qələbə qazanan ilk komandamız kimi tarixə düşən ağdamlılar buna komanda oyunu, böyük zəhmət  və alın təri ilə nail oldular. Amma yenə də çərşənbə günü meydanda bir futbolçu fərqləndirilməyə layiq idi.
 
Reynaldo mübaliğəsiz, şişirtməsiz Azərbaycana gələn ən güclü legionerdi. Nə klub rəhbərlərinin pulları hesabına titulları sıralayan komandalarında bombardir olan Badri Kvaratsxeliya, nə həmişə sabit olmayan Flavinyo, nə də sadəcə, bir mövsüm parlayıb gedən Nikolas Kanales ona tay ola bilər. Braziliyalı əsasən qapıçılar haqda deyilən “komandanın yarısı” tərifinə yam uyğundu.
 
Reynaldo fərqli oyunçudu, o, qüvvəsini 90 dəqiqəyə bərabər bölməyi bacaran əsl peşəkardı. Adi vaxtlarda enerjisinə qənaət edir, ölümcül hücüm təşkil ediləndə isə qarşısıalınmaz olur. İncə texnika, yüksək sürət, fərdi bacarıq bir oyunçuda o qədər gözəl cəmləşib ki, sadəcə, oturub onun oynunu seyr etmək istəyirsən.
 
Reynaldo bəlkə də dəyərini tam anlamır ki, hələ də Azərbaycandadı. Ancaq “Qarabağ”dan məmnun olduğunu deyən futbolçu elə xoşbəxtliyi də şans qazanmadığı “Anderlext”də deyil, aylarla onun formaya düşməsini səbrlə gözləyən ağdamlıların düşərgəsində tapdı. Onu tapıb gətirənlərə, inanıb transferinə razılıq verən Qurban Qurbanova əhsən. Braziliyalının hər qolu isə “Neftçi” rəhbərliyinin təəssüfünə səbəb olur. Axı, “Qarabağ”a gələnə kimi onu bakılılara təklif etmişdilər. O zaman bu keçiddən gələcək qazancı bölə bilməyənlər Melvin Platye kimi yararsızların arxasınca düşmüş, Reynaldonun Ağdam klubuna keçidinə şərait yaratmışdılar.
 
Reynaldo “Zalsburq”la oyunda daha nələr etmədi? Qələbə qolunu vurdu, hesab açılarkən Danilo Diasa əla şans yaratdı, rəqib müdafiəsini pərən-pərən saldı, rəqibin qırmızı vərəqəylə cəzalanmasına səbəbkar oldu. O, Admir Telinin məsuliyyətsiz hərəkətini, Bədavi Hüseynovun uşaq səhvini də qapıçı İbrahim Şehiçlə birlikdə unutdurdu. Braziliyalı eyni zamanda Telinin günahı üzündən planları darmadağın olan, istədiyi deyil, məcbur olduğu əvəzetmələri edən, hücumu gücləndirə bilməyən baş məşqçisinin də problemini azaltdı.
 
Reynaldo həm də çox təvazökardı. Komandaya bu qədər fayda verməsinə baxmayaraq, “hər birimizi əvəzləyə biləcək futbolçumuz var” deyən braziliyalı komandada Rəşad Sadıqovun böyüklüyünü, Çumbinyonun Braziliya kvartetindəki “ağsaqqal”lığını, Riçard Almeydanın dirijorluğunu qəbul edir, başını aşağı salıb qollarını vurur, sıravi oyunçudan fərqlənməməyə çalışır.
 
Reynaldo Avstriyada oynamayacaq. Bakıda nə qədər möhtəşəm oynasa da, komandasının səfərə nisbi üstünlüklə yollanmasını təmin etsə də, son dəqiqələrdə aldığı qırmızı vərəqə sevincimizi yarıda kəsdi. Çünki səfər matçında onun driblinqlərinə, əks-hücumlarda faydalı olacaq sürətinə ehtiyac vardı. Ancaq qismətdi, “Qarabağ” tarixi onsuz yazmalı olacaq. Mənim diqqətimi çəkənsə oyundan qovulan futbolçunun azarkeşlər tərəfindən bu qədər hərarətlə alqışlanması, yoldaşları tərəfindən böyük dəstək görməsi idi. O isə heç hakimə etiraz da etmədi. Halbuki normalda qəsdlə edilməyən belə kobuduğa görə heç sarı vərəqə də vermirlər.
 
Reynaldo elə oyun göstərdi ki, dünən Respublika stadionunun tribunalarını dolduran azarkeşlər “Qarabağ” Avstriyada Avroliqanın qrupuna düşməyi təmin etməyib qayıtsa belə, yenə dəstəyə gələcəklər. Heç kim azarkeşləri biganəlikdə qınamasın, onlar əsl futbola, əsl futbolçuya qiymət verməyi bacarırlar. Reynaldonu televiziyada görənlər də artıq növbəti matçda stadiona gəlmək istəyəcək. Hər komandada bir Reynaldo olsa…
 
CAVAD
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-20 02:00

“Atletik”lə “Qranada”dan heç-heçə

blank
Dünya futbolu2024-04-20 01:44

“Yuventus” yenə xal itirdi

blank
Dünya futbolu2024-04-20 01:30

“Ayntraxt” inamlı qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-20 01:15

“Nitsa”dan darmadağın

blank
Dünya futbolu2024-04-20 01:00

Dubla imza atdı, həftənin ən yaxşı oyunçusu seçildi

blank
Dünya futbolu2024-04-20 00:29

Avroliqada həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-19 21:00

“Sumqayıt” avrokubok iddiasını davam etdirir

blank
Premyer-liqa2024-04-19 19:49

Tovuzda darmadağın – VİDEO

blank
Premyer-liqa2024-04-19 19:21

Ayxan Abbasov: “Günahkar axtarmıram” – VİDEO

blank
Premyer-liqa2024-04-19 19:09

Samir Abasov: “Bizi bu yerlərdə görmək çoxları üçün xoş deyil” – VİDEO

blank
Dünya futbolu2024-04-19 18:59

ÇL-də həftənin ən yaxşı oyunçusu

blank
Premyer-liqa2024-04-19 18:26

“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu

blank
Digər idman növləri2024-04-19 17:44

Yeddiqat dünya çempionu səfir təyin edildi

blank
Dünya futbolu2024-04-19 17:27

“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib

blank
Dünya futbolu2024-04-19 17:09

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

blank
Digər idman növləri2024-04-19 16:51

MBA-da mövsümün statistik göstəriciləri: kim nədə lider oldu?

blank
Digər idman növləri2024-04-19 16:20

Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər

blank
Ölkə futbolu2024-04-19 16:01

“Lerik” Əsasnaməni pozduğu üçün cərimə olundu

blank
I Liqa2024-04-19 15:47

“İrəvan” xərəkdaşıyanlara görə cəzalandı

blank
Dünya futbolu2024-04-19 15:31

Almanlar bunu 29 ildən sonra bacardılar

blank
Dünya futbolu2024-04-19 15:15

Olmo seçim qarşısında

blank
Dünya futbolu2024-04-19 15:00

“Barselona” “Nou Kamp”a nə vaxt qayıdacaq?

blank
Premyer-liqa2024-04-19 14:41

“Qarabağ”la “Qəbələ”nin 77-ci dueli

blank
Digər idman növləri2024-04-19 14:24

Azərbaycan çempionatında həlledici mərhələnin ilk oyunlarının təqvimi açıqlandı

blank
Digər idman növləri2024-04-19 14:10

Ataman üçün acı xəbər

blank
Digər idman növləri2024-04-19 13:52

Çində ən yaxşı nəticəni “Maklaren” sürücüsü göstərdi

blank
Ölkə futbolu2024-04-19 13:35

“Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil” – “Neftçi” rəsmisi

blank
Dünya futbolu2024-04-19 13:20

Naqelsmann yığmada qaldı – müqavilə müddəti uzadıldı

blank
Müsahibə2024-04-19 13:19

Sertan özündən narazıdır: “Daha yaxşısını edə biləcəyimi düşünürəm”

blank
Ölkə futbolu2024-04-19 13:01

“Qəbələ”də daha bir vida – legioner yola salındı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm