Dünya futbolu
“Borussiya” Hummelsi satmadı
Dortmund "Borussiya"sının idman direktoru Maykl Zork koman…
Dortmund "Borussiya"sının idman direktoru Maykl Zork komandanın aparıcı futbolçularından olan Mats Hummels haqqında çıxan transfer iddialarını yalanlayıb. Futbolinfo.az xəbər verir ki, o, Hummelsi satmayacqlarını bildirib:
“Onun yaxşı futbolçu olduğunu Dünya Çemponatından öncə də bilirdik. Mats hansısa komandaya liderlik edə bilər. Oyun qurmağı da bacarır. 20 milyon avro kimi məbləğlərdən danışırlar. Belə gülməli bir məbləğ qarşısında onu satmarıq. Futbolçunun uzun müddət komandada qalmaq istəməsi də bizi sevindirir".
Qeyd edək ki, 2008-ci ildən bəri "Borussiya"da forma geyən Hummelsə "Barselona" və "Mançester Yunayted" yaxından maraqlanır.