Ölkə futbolu
Muntyanu: "Bu amillər bizə istədiyimiz hədəflərə çatmağa imkan yaradacaq”
Hollandiya toplanışının ardından “Qəbələ”nin baş …
Hollandiya toplanışının ardından “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu hazırlıq prosesi və digər məsələlər barədə fikirlərini klub saytı ilə paylaşıb. Futbolinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis komandanın hazırlığından razı qaldığını deyib:
“Ümümi olaraq dəyərləndirsək, hazırlıq prosesinin gedişindən razı qaldım. Çempionata start verəcəyimiz heyəti formalaşdırmağı bacardıq. Yaxşı oyunlar keçirdik. Yoxlama matçlarında komandanın problemlərini, çatışmayan tərəflərini gördük. Hazırda o problemlərin həlli üzərində çalışırıq. Çempionatın startınadək qısa da olsa, səhvlərimiz üzərində işləmək vaxtımız və imkanımız var. Bu vaxt kəsiyindən maksimum yararlanacağıq. Komanda yeni formalaşıb, heyətdə yeni futbolçular var. Bu baxımdan komplektləşmək, bütöv komanda kimi formalaşmaq müəyyən vaxt tələb edir. Fikrimizi çempionatın ilk matçına yönəltmişik. Premyer Liqaya uğurlu start vermək istəyirik”.
Çempionatın ilk turunda “Qəbələ”nin qarşılaşacağı rəqibdən – “İnter”dən danışan Muntyanu uğura aparan vacib məqamlardan da bəhs edib:
“Yeni futbolçu, gənc futbolçu anlayışını ortadan qaldırıb güclü “Qəbələ” formalaşdırmaq istiqamətində işləyirik. Heyətdəki bütün futbolçular bizə lazımdı və onların xidmətindən maksimum yararlanacağıq. Məqsədimiz komandamızın imicini yüksəltmək, onu hədəflərinə çatdırmaqdı. Bunun üçün meydana çıxan hər bir futbolçu məsulliyətini yaxşı anlamalı, əzmkar olmalı, gücünü sonadək qoymalıdı. Qarşıda bizi “İnter”lə çətin oyun gözləyir. Rəqib haqda lazımi məlumatlara malikik. Vacib məqam futbolçuların ilk oyuna münasibəti, onların gücünü və bacarığını necə nümayiş etdirməsi ilə bağlıdı. Umumiyyətlə, bu məqam bütün oyunlar üçün həlledicidi. Bu amillər bizə istədiyimiz hədəflərə çatmağa imkan yaradacaq”.