Ölkə futbolu
Kvaratsxeliya Azərbaycana qayıtdı (FOTO)
Azərbaycan futbolunda özünəməxsus iz buraxan Badri Kvarat…
Azərbaycan futbolunda özünəməxsus iz buraxan Badri Kvaratsxeliya yenidən ölkəmizə gəlib. Futbolinfo.az xəbər verir ki, gürcü mütəxəssis ölkəmizdə baş məşqçi kimi fəaliyyət göstərəcək.
O, birinci divizionda çıxış edən "Turan-T" komandası ilə müqavilə imzalayıb. Maraq üçün bildirək ki, bu, Badrinin Azərbaycanda ilk işi deyil. Vaxtı ilə "Şəmkir" və "Kəpəz"in şərəfini qorumuş sabiq futbolçu "Standard" komandasına başçılıq etmişdi. Azərbaycan millisində də çıxış etmiş futbolçu 2012/2013 mövsümündə "Qəbələ"də də çalışıb.
Qeyd edək ki, Badri Kvaratsxeliya ölkəmizə futbolçu kimi 1997-ci ildə gəlib. O, bir mövsüm "Kəpəz"də çıxış etdikdən sonra "Şəmkir"ə transfer olunmuşdu. Buna qədər Badri Gəncə klubunun heyətində bir mövsümə 22 dəfə rəqib qapıçılarını məyus etmişdi. Kvasratsxeliya 1998-2005-ci illər arasında Şəmkir təmsilçisinin heyətində çıxış edərkən 110 oyuna 51 qol vurmağı bacarmışdı. O, karyerasını məhz Azərbaycanda başa vurub.