Bizi izləyin

Müsahibə

Kvaratsxeliya: "Neftçi" "Çixura"nı rahat keçəcək"

Tovuzun "Turan-T" klubuna yeni baş məşqçi təyin o…

blank
Tovuzun "Turan-T" klubuna yeni baş məşqçi təyin olunan Badri Kvaratsxeliya ilk müsahibəsini verib. Futbolinfo.az xəbər verir ki, gürcü mütəxəssis komandaya gəlişi, qarşıya qoyulan məqsədlər, eləcə də Azərbaycan futbolu, avrokuboklardakı klublarımız haqda danışıb:
 
– Öncə Tovuz klubuna gəlişiniz barədə məlumat verərdiz. Bu, necə oldu?
– Açığını deyim ki, mən bu təklifi gözləmirdim. Klub rəhbərliyi mənimlə əlaqə saxladıqdan sonra düşünmədən razılaşdım. Çünki mən Tovuz futbolunu çox yaxşı tanıyıram. Azərbaycan futbolunu ilk dəfə avrokuboklarda təmsil etmiş, çempion olmuş bir şəhərin təmsilçisidi. Perspektivi və potensialı ilə yanaşı bu klubun keçmişi hamıya məlumdu. Azərbaycan futbolunun mərkəzlərindən biridi. Maliyyə sıxıntısı səbəbindən əvvəlki əzəmətini itirsə də, bura bir bulaqdı. Bu perspektivi gördüyüm üçün komandaya gəldim. Burada işləmək mənim üçün şərəfdi.
 
– Artıq bir həftəyə yaxındı ki, hazırlıq keçirsiz. İlkin təəssüratlarınızı bölüşərdiz.
– Rəhbərliyə komandaya yaratdığı şərait üçün təşəkkürümü bidirirəm. Hələ ki, komandanı formalaşdırmaq üçün çalışırıq. Əsasən yerli futbolçulara üstünlük verəcəyik. Vacib deyil tovuzlu olsun, Azərbaycanın hər yerindən istedadlı gənc futbolçuları komandaya cəlb edib onların inkişaf etmələrinə nail olacağıq. Yerli futbolçuların da arasında perspektivliləri kifayət qədərdi. Əsas məqsəd döyüşkən, mübariz komanda formalaşdırmaqdı. İşlərimiz bu yöndə davam edəcək.
 
– Qarşınıza hansı məqsəd qoyulub?
– Qeyd etdiyim kimi, ilk növbədə döyüşkən komanda qurmaq istəyirik. Asan təslim olmayan, mübariz komanda yığıb gənc futbolçuların üzə çıxmasına çalışacağıq. Çempionatda isə bacardığımız qədər irəli getmək istəyirik. Məqsədimiz ən az ilk 6-lıqda qərarşalmaqdı. Bizim işimiz bir illik deyil. Gələcəyin komandasını qururuq. Düzdü, gücümüz daxilində şəraitimiz var. Öncə özümüzü sübut etməliyik. İstədiyimiz komandanı toparlayıb, işlərimizi yoluna qoyduqdan sonra Premyer Liqanı hədəfləyəcəyik. Bunun üçün isə dayanmadan çalışacağıq.
 
– Tovuz təmsilçisinin maliyyə imkanları yüksək səviyyədə olmasa da, bu təklifi qəbul etmisiz…
– Mən buraya pul üçün gəlməmişəm. Mənim də öz məqsədim, ambisiyalarım var. Özümü işimlə sübut etmək istəyirəm. Futbolçularımdan da bunu tələb edirəm. Ambisiyası olmayan, karyerasını düşünməyən futbolçu mənə lazım deyil. Fikirləşirəm ki, özümü təsdiq etmək üçün “Turan-T” ən yaxşı variant idi. Burada həm əsas komandanı qurmaq, nəticələr əldə etmək, həm də uşaq futbolunun inkişafına nail olmaq istəyirəm. Qismət olarsa, elə bu komanda ilə yüksək liqaya vəsiqə qazanıb, orada da uğurlu nəticələr əldə etmək istəyirəm. Bu səbəbdən də buradayam.
 
– Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovla görüşmüsüz. O, sizdən nə tələb etdi, nələri müzakirə etdiz?
– O, futbolu yaxından izləyən, rayonunu və komandasını sevən insandı. Komandanı daim yüksəklərdə görmək, Tovuz futbolunun əvvəlki əzəmətini özünə qaytarmaq istəyir. Mənə güclü, daha çox gənclərdən təşkil olunmuş komanda yaratmağı və çempionatda yüksək nəticələr əldə etməyi tövsiyyə etdi. Belə olacağı halda daim dəstək verəcəyini, komandanın yanında olacağını qeyd etdi.
 
– Uzun müddət Azərbaycanda oynamısız, çalışmısız. Sizcə, futbolumuzda nələr dəyişib? İnkişaf varmı?
– Təbii ki, mənim oynadığım dövrlə indiki arasında böyük fərq var. İndi infrastruktur, şərait, maliyyə hər şey fərqlidi. Komandalara yüksək səviyyəli legionerlər, məşqçilər dəvət olunur. Birinci divizionda çox komandanı tanımasam da, məsələn, mən “Qəbələ”də çalışarkən kubokda “Qaradağ Lökbatan”la qarşılaşmışdıq. “Qəbələ”nin səviyyəsinə hər kəs bələddi, amma həmin oyunda 1-ci divizion komandası layiqli müqavimət göstərdi. İnkişaf var və məncə, getdikcə daha da yüksək tempdə inkişaf edəcək.
 
– Yəqin ki, “Qarabağ” və “Neftçi”nin avrokuboklardakı son oyunlarını izləmisiz…
– Bəli, hər iki oyuna baxmışam. Açığını deyim ki, “Qarabağ” məni yaxşı mənada təəccübləndirdi. “Zalsburq” Avropanın güclü klublarından biridi. Onların infrastrukturu, şəraiti, maliyyə imkanları qitənin ən yaxşılarındandı. Lakin “Qarabağ” belə güclü rəqibdən çəkinmədən mübarizə apardı. Deyərdim ki, “Qarabağ” tarix yazdı, bu münasibətlə komandanı təbrik edirəm. Komanda əsl çempion kimi mübarizə apardı və layiqli qələbə qazandı. “Neftçi” haqda onu deyim ki, “Çixura”nı rahat məğlub edəcəyini gözləyirdim. Çünki bu iki komanda arasında böyük fərq var. “Neftçi”nin yaxşı baş məşqçisi, səviyyəli futbolçuları var. Məncə, “Neftçi” bu mərhələni rahat adlayacaq.
 
– Yeri gəlmişkən, “Neftçi” – “Çixura” oyununda qalmaqal yaşanmışdı. Uzun müddət Azərbaycanda yaşamış bir insan kimi münasibətinizi bilmək istərdik…
– Bu, sırf təxribatdı. Əsrlərdi Azərbaycan və Gürcüstan xalqları əla qonşuluq, dostluq, qardaşlıq münasibətində yaşayıblar və beləcə də yaşayacaqlar. Bu təxribatçılar iki dost xalqın bir-biri ilə münasibətini pozmaq istəyirlər. Əminəm ki, müdrik Azərbaycan xalqı bu təxribata aldanmayacaq. Həm azərbaycanlılar, həm də gürcülər belə insanlara aldanmasınlar. Heç vaxt hansısa gürcü və ya azərbaycanlı bu dostluğu pozmağa çalışmaz. Təxribatçıların hamısı layiqli cəzalarını alacaqlar. Dövlət başçıları da bu məsələni diqqətdə saxlayırlar. Gürcüstan höküməti dərhal o insanları tapıb cəzalandırmağı tapşırıb. Belə şeylər yolverilməzdi. Elələri heç vaxt istəklərinə çatmayacaqlar.
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Dünya futbolu2024-04-30 11:32

“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir

blank
Ölkə futbolu2024-04-30 11:25

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm