Ölkə futbolu
"Tvente" "Qarabağ"la oyun öncəsi yeni futbolçu alır
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki…
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Tvente" heyətini yeni futbolçu ilə gücləndirmək üzrədi. Futbolinfo.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, "qırmızılar" yerli "Herenven" klubunun futbolçusu Hakim Zeyeç üçün danışıqlara başlayıb.
Mənbədə qeyd olunur ki, rəhbərlik 21 yaşlı yarımmüdafiəçi üçün 4 miliyon avro təklif edib. Komandanın baş məşqçisi Alfred Şroyder onu bir neçə gün öncə "Spartak"a (Moskva) satdıqları Kvinsi Promesin yerini doldurmaq üçün transfer etmək istəyir. Mütəxəsiss Zeyeçi pleymeyker mövqeyində oynatmaq arzusundadı.
Qeyd edək ki, hollandiyalı futbolçu 2012-ci ildən "Herenven"in əsas komandasında çıxış edir.