Müsahibə
Emin Nuri: "Azərbaycanla birbaşa bağlılığım yoxdu"
Futbol üzrə Azərbaycan yığması sabah yoxlama matçı &…
Futbol üzrə Azərbaycan yığması sabah yoxlama matçı çərçivəsində Özbəkistanla qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, bu oyun üçün millinin düşərgəsinə dəvət olunmuş futbolçular arasında yeni simalar var.
Bunlardan biri də İsveçin "Kalmar" klubunda çıxış edən Emin Nuridi. O, verdiyi müsahibə zamanı Azərbaycanla heç bir bağlılığı olmadığını etriaf edib:
– Klubla yığmanın məşqləri arasında nə kimi fərqlər var?
– Millinin tərkibində olanda hazırlaşmağa çox az vaxtımız olur. Minimum vaxtda maksimum işlər görməliyik ki, istədiyimiz nəticəni qazanaq.
– Millidə Azərbaycan əsilli futbolçular çıxış edir. Maraqlıdı, Eminin Azərbaycanla nə bağıllığı var?
– Azərbaycanla birbaşa əlaqəm yoxdu. Mən Türkiyədənəm. Türkiyə və Azərbaycan qardaş ölkə olduğu üçün mənə burada oynamaq rahatdı. Buna görə də qürur duyuram. Azərbaycanı seçmə mərhələdə təmsil etmək qürurverici olacaq. Çalışacam ki, ən yaxşısını edəm.
– Bizim yaxşı tanıdığımız Melvin Platye "Kalmar"dadı. Futbolçu özünü orada necə hiss edir?
– Melvin bizdə 4 ay oynadı. 2 həftədi ki, "Kalmar"dan ayrılıb. Yaxşı futbolçudu. Ancaq bizim komandada işləri yaxşı getmədi. Buna görə də Hollandiyaya qayıtdı.
– Vaxtilə müsahibənizdə Türkiyənin nəhəng klublarında çıxış etməyi hədəflədiyinizi qeyd etmişdiz. Hələ də bu iddada qalmısız?
– Düzdü, bunu demişdim. İlin əvvəlində də belə bir şansım olmuşdu. Ancaq müqavilə imzalamaq mümkün olmadı. Düşünürəm ki, şans hər zaman var. "Kalmar"la müqaviləm bitmişdi. Təklif olmadığı üçün öz komandamla müqaviləni yenilədim.
– Milliyə dəvətiniz necə alındı?
– Mənim oyunumu izləmək üçün İsveçə gəlmişdilər. Dəvət gəldiyi üçün mən də qəbul etdim.
– Belə bir iddia var ki, sizi milliyə İqor Ponamaryov məsləhət görüb. Ümumiyyətlə, Ponamaryovu tanıyırsınız?
– Onun oğlu mənimlə bir komandada çıxış edib. Başqa bir tanışlığım yoxdu. Məni bura o dəvət etməyib.
EMİN SƏFƏROV
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib