Ölkə futbolu
"Neftçi"dən azarkeşlərinə çağırış: Təxirbata uymayın!
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsi çər&…
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” ilə Serbiya “Partizan”ı arasında cavab oyunu keçiriləcək. Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi oyun öncəsi azarkeşlərinə müraciət ünvanlayıb.
Müraciətdə bildirilir: "Azarkeşlərdən xahiş edirik ki, baş verə biləcək hər hansı təxribata uymasınlar.
UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Neftçi” – “Çixura” (Gürcüstan) matçında qonaq komandanın azarkeşləri tərəfindən törədilən təxribat xarakterli halların qarşısı iki dost ölkənin və iki klubun birgə əməyi və səyi nəticəsində alınmışdı.
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiyada təşkil olunmuş “Partizan” – “Neftçi” oyunundan sonra da baş verənlər növbəti təxribatın yaşanmasına zəmin yarada bilər. Bir daha azarkeşlərin diqqətinə çatdırırq ki, bugünkü matçda təxribata uymasınlar və komandamızı sona qədər dəstəkləsinlər".
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib