Ölkə futbolu
Alfred Şreyder "Qarabağ"a məğlubiyyəti şərh etdi
Hollandiyanın "Tvente" klubunun baş məşqçisi Alfr…
Hollandiyanın "Tvente" klubunun baş məşqçisi Alfred Şreyder Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"İlk hissədə yaxşı çıxış etdik. Oyunun birinci hissəsi başa çatanda hesab 1:0 idi. Amma 2:1, 3:1 də ola bilərdi. İkinci hissədə isə elə də yaxşı oynamadıq. Nəticə qazanmaq üçün xüsusi bir cəhd göstərmədik. Bununla yanaşı qol imkanlarından da yararlana bilmədik. "Qarabağ" çox gözəl komandadı. Avropa böyük məktəbdi. Təəssüf ki, biz bunu öyrənmək üçün cəmi iki oyun oynamaq şansımız oldu. Qrup mərhələsinə adlaya bilmədiyimizə çox təəssüflənirik".
Bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda 0:0 hesabı qeydə alınmışdı.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var