Bizi izləyin

Premyer-liqa

İlk 4 turun təəssüratı

Topaz Premyer Liqasının yeni mövsümündə ilk fasilə …

blank
Topaz Premyer Liqasının yeni mövsümündə ilk fasilə yarandı. Azərbaycan seçmə komandanısının sentyabrın 3-də Rusiya ilə yoldaşlıq, 9-da isə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanla keçirəcəyi oyunlar komandaları məcburi istirahətə yolladı. Bu, elita klublarının durumunu şərh etmək üçün imkan yaradır. Amma Premyer Liqada geridə qalan 4 tur ərzində hansı komandanın hədəfinin nə olduğunu müəyyənləşdirmək bir qədər çətindi.
 
Çempionatı Avroliqaya qurban verən "Qarabağ"
"Qarabağ" meydana çıxdığı 3 tur ərzində sübut elədi ki, Ağdam klubunun Avropa Liqasında çıxış etməsi onların Premyer Liqada uğur qazanmalarını ikinci plana atacaq. Hər dəfə belə fürsətin ələ düşmədiyini gözəl anlayan "atlılar" meydana çıxdığı üç turda cəmi 2 xal qazana bilib. İlk turda məşqçilər korpusunun səhlənkarlığı ucbatından əldən gedən üç xal "Tvente" ilə oyun ərəfəsində "İnter"lə xalların bölüşdürülməsi, "Bakı" ilə oyunda isə yorğunluqdan aparıcı üzvlərin isitahətə çəkilməsi "Qarabağ"ın çempionatakı durumunu qəliz vəziyyətə salıb. Düzdü, komanda 1 oyun az keçirib. Ancaq nəzərə almaq lazımdı ki, "Tvente" ilə cavab oyununa görə təxirə salınan "Araz Naxçıvan" səfəri də ağdamlılar üçün elə də asan olmayacaq. Bundan sonra da ciddi itki ilə üzləşməmək üçün Qurban Qurbanov yetirmələri qoruyacağı istisna deyil.
 
Avroliqada uğurlu çıxış etmək istəyi "Qarabağ"ın ötənilki çempionluğunu təkrarlayacağını bir qədər şübhə altına alır. Hər halda iki cəbhədə mübarizə aparmaq elə də asan deyil. Qurbanov üçün həm də futbolçuları yerli çempionata kökləmək çətin olacaq. Əksər futbolçuların burununda hələ də Avropanın havası qalıb.
 
Sxadadzenin sabit komandası
"İnter"in mövsümə uğurlu başladığını desək, yanılmarıq. İlk turda “Qəbələ"nin qapısına 4 cavabsız qol vuran "bankirlər" növbəti matçda "Qarabağ"la sülhə razılaşdı. 3-cü turda isə "Sumqayıt"ı 5:1 hesabı ilə darmadağı edən paytaxt klubunun 7 xal toplaması qənaətbəxş nəticədi. Son turda səfərdə "Xəzər Lənkəran"a minimial hesabla məğlub olan Kaxaber Sxadadzenin yetirmələri hələlik turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
 
Gürcü mütəxəssisin əlində istədiyi futbolçular olmasa da, o, komandasını hazırkı heyəti ilə maksimum nəticə qazandmağı yaxşı bilən məşqçidi. Sabit oyunu ilə seçilən "İnter"in növbəti həftələrdə liderlik kürsüsüsnə yüksələcəyi heç kimdə şübhə doğurmur. "Qarabağ"ın avrokubokda mübarizə aparması, "Qəbələ"nin hələ də öz oyunununu tapmaması, "Neftçi"nin və "Xəzər Lənkəran"ın bir qədər özünə gec gəlməsi Sxadadzenin işini asanlaşdıran amillərdəndi.
 
Muntyanuya görünən yol
"Qəbələ" 4 oyundan sonra 6 xal toplasa da, hələ ki, əyalət təmsilçisi gözlənilən oyunu sərgiləmir. Hər cür şəraitin olduğu komandaya cəlb olunan yeni legionerlər də ciddi heç nə ilə yadda qalmır. Dorinel Muntyanu komandası geridə qalan 4 oyun ərzində hər hansı bir gözəl oyunla yadda qalmayıb. "Araz Naxçıvan"ı penalti qolu ilə keçən "qırmızı-qaralar" "Bakı"nı da "zolaqlılar"ın təcrübəsizlikləri hesabına məğlub etdi. İlk turda "İnter"ə darmadağın olan "Qəbələ"nin sonuncu oyununda da doğma azarkeşlərin önündə AZAL-a uduzması Muntyanunun komandasında ciddi problemlərin olmasının göstəricisidi.
 
"Qəbələ"ni qarşıdakı turda daha ciddi sınaq gözləyir. Ardıcıl olaraq "Simurq", "Neftçi", "Xəzər Lənkəran", "Qarabağ"la oynanılacaq matçlar rumın çalışdırıcı üçün dönüş nöqtəsi olmalıdı. Əks halda Muntyanu Azərbaycana dönüşü olmayan bilet alıb, ölkəsinə yollanacaq.
 
Hacıyevin iddiası
"Neftçi"nin Avroliqadakı çıxışını dayandırması bəlkə də flaqman üçün daha yaxşı oldu. Çünki hazırkı heyət "ağ-qaralar"ın avrokubokda uğurlu çıxış edəcəyinə inam yaratmırdı. Bundan başqa, "Neftçi"nin ikinci heyətinin həddindən artıq zəif olması da çempionat oyunlarında uğurlu nəticələrin qazanması üçün yetərli deyil. Hansı ki, biz bunun ilk turda "Araz Naxçıvan"la oyunda da şahidi olmuşduq.
 
Böyükağa Hacıyev bundan sonra bütün varlığı ilə komandasını yerli çempionata yönəldəcək. Yeni mövsümdə "Bakı"nın ardınca "Simurq" üzərində qazanılan qələbə "ağ-qaralar"ın üçün əlavə stimul oldu. Növbəti turda "Xəzər Lənkəran"la keçiriləcək "Böyük oyun"un nəticəsi Hacıyevin əsl iddiasından xəbər verəcək.
 
Lənkərandakı qığılcım
"Xəzər Lənkəran" ötənilki uğursuzluqlardan sonra hələ də özünə gəlməkdə çətinlik çəkir. Cənublular ilk turda AZAL-la 1 xala qazılaşsalar da, evdə "Sumqayıt" fiaskosu, səfərdə "Simurq" məğlubiyyəti Oğuz Çətinin komandasını nokauta saldı. 4-cü turda "ağ-yaşıllılar"ın "İnter" üzərində qələbəsi isə komandada olan mövcud problemlərin tam həllini tapdığı anlamına gəlmir. Cənubluları yalnız növbəti qələbə bir qədər rahatlaya bilər. Ancaq qarşıdakı oyunun "Neftçi" ilə olması Çətinin rahatlıq tapmasını bir qədər çətinləşdirir.
 
Hər halda türk çalışdırıcı və onun komandası üçün yüksək səviyyədə şərait yaradılıb. 4 turdan sonra eyni sayda qazanılan xal xərclənən vəsaitlərin göstəricisi deyil. Komandanın normal təlim-məşq toplanışı keçməsi, bir sıra aparıcı futbolçuları heyətə qatmasından sonra Lənkəran təmsilçisinin yeni mövsümdə bomba kimi partlayacağı gözlənilirdi. Ancaq bu cür oyunla hələlik Oğuz Çətinin komandasında heç qığılcımdan əsər-əlamət belə yoxdu. Cənubluların qapıçı mövqeyində mövcud problemini isə Cahangir Həsənzadə ilə çözməyə çalışmasını hələ də anlamaq olmur.
 
Daha inamlı "Simurq"
"Simurq" indiki durumda çempionatın ən hazır komandasıdı. Ötən ildən fərqli olaraq, yeni mövsümdə daha inamlı Zaqatala təmsilçisi görürük. Xüsusilə də baş məşqçi George Çxradzenin komanda oyununa üstülnük verməsi müsbət haldı. Yeni mövsümdə iddialı və daha inamlı təsir bağışlayan "sarı-qaralar"ın ən üst pillə uğrunda mübarizə aparmaq istəkləri olduğu açıq-aşkar hiss olunur. Ancaq buna baxmayaraq, komandanın hücum mövqeyində çox ciddi problemlər var. Draqan Çeranın yoxluğunda Rəşad Eyyubovun "Neftçi" ilə qarşılaşmada qol imkanlarını sağa-sola xərcləməsi bunun əyani sübutudu.
 
Təsadüfi lider
"Sumqayıt" təsadüfi liderdi. İlk turda "Qarabağ"a verilən texniki məğlubiyyət, "Xəzər Lənkəran"la oyundan penalti qolu və debütan "Araz Naxçıvan" üzərində qazanılan minimal hesablı qələbə "kimyaçılar"ı liderliyə yüksəldib. Ancaq buna qədər "İnter" Aqil Məmmədovun çalışdırıdığı komandanın əsl gücünü göstərmişdi. Düzdü, "kimyaçılar" meydanda sona qədər mübarizə aparır, vuruşur. Ancaq çempionatın gedişində liderliyi qoruyacağı inandırıcı görünmür. Baş məşqçinin əlində olan heyət nəinki, liderlik, heç avrokuboklara vəsiqə qazanmaq üçün də kifayət deyil. Buna baxmayaraq, məhdud heyətlə maksimum nəticə qazanmaq arzusunda olan sumqayıtlılar çempionatın marağını artırmaqda davam edir.
 
Qara qutusu tapılmayan təyyarə
Geridə qalan turlardan sonra belə nəticəyə gəlmək olar ki, AZAL qəzaya düşmüş, ancaq qara qutusu tapılmayan təyyarə kimidi. Baş məşqçi əvvəlki illərdən qalan təyyarənin qalıqlarını toplamağa çalışır və buna nisbətən də nail olur. "Təyyarəçilər" ilk turda "Xəzər Lənkəran"la oyunda bir xala sevinsə də, "Simurq" səfərindən əliboş döndü. "Neftçi" ilə oyunun təxirə salınmasından sonra "Qəbələ" səfərində qazanılan 3 xal bəlkə də Əhmədovun qara qutunu tapmasının nəticəsi idi. Gənc çalışdırıcı futbolçu karyerasında müdafiəçi olsa da, yeni sayılacaq ampluasında komandasını hücumda oynadır. Ona bu yöndə yeni cəlb olunan legionerlərin də kömək edəcəyi görünür. Komandanın tam uyğunlaşması üçün bir qədər də vaxta ehtiyacı var.
Çempionatın bəzəyi
Maddi sıxıntılardan əziyyət çəkən və gənc oyunçularla çıxış edən "Bakı" çempionatın bəzəyidi. "Zolaqlılar" "Neftçi" və "Qəbələ" ilə oyunlarda xal üzü görməsələr də, baxımlı oyunları ilə seçildilər. Çəkinmədən də demək olar ki, paytaxt klubu gənc futbolçuları ilə bu gün milyonlar xərlənilən "Xəzər Lənkəran" və "Qəbələ"dən daha yaxşı oynayır, göz oxşayır. Düzdü, uğur qazanmaq üçün təcrübə və maliyyə əsas şərtlərdəndi. Bu durumda "Bakı"nın hədəfi İbrahim Uzuncanın başçılıq etdiyi komandada çıxış edən gənc futbolçulara təcrübə qazandırmaqdı.
 
Çempionatın ən gənc heyətinə sahib olan paytaxt klubu "Qarabağ"la son görüşdə də istənilən rəqibə başağırısı ola biləcəyini sübut etdi. Komanda təlim-məşq toplanışı keçməsə də, gənclərin əzmkarlıq nümayiş etdirməsi onların işini asanlaşdıran amillərdən olacaq.
 
Naxçıvanlıların səhv ünvanı
"Araz Naxçıvan" hələ də "Neftçi"nin ikinci heyəti üzərində qazanlan qələbənin sevinci yaşayır. "Qəbələ" və "Sumqayıt" qarşısında məğlubiyyətləri hakim günahı kimi qələmə verən naxçıvanlılar uğursuzluqlarını bununla yumağa çalışır. Buna qədər isə Premyer Liqada debütün uğurlu olması üçün Əsgər Abdullayevin komandası heyətinə əl gəzdirməmişdi. Uğur qazanmaq istəyən komanda bunu karyerasının qürub çağını yaşayan oyunçuları heyətə cəlb edəndə fikirləşməli idi. Fasiləyə qədər "Araz Naxçıvan" az da olsa, inamlı təsir bağışlayıbsa, bu, baş məşqçinin şəxsi uğurudu. "Araz Naxçıvan" hələ də I divizion havasından ayılmayıb. Görünür, onlar hələ də elitanı aşağı dəstə ilə səhv salırlar.
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-13 23:07

Şahruddinli “Adana Dəmirspor” və “Beşiktaş” evdə xal itirdilər

blank
Premyer-liqa2024-04-13 22:28

“İlk hissədəki 2:0 oyunçulara güvən və rahatlıq verdi” – Bojoviç

blank
Premyer-liqa2024-04-13 21:56

“Neftçi”nin bizdən üstün oynadığını düşünmürəm” – Baxşıyev

blank
Premyer-liqa2024-04-13 21:37

“Araz-Naxçıvan” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2024-04-13 20:52

“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı

blank
Premyer-liqa2024-04-13 20:30

“Xarakter göstərmək lazımdır” – Sxadadze

blank
Premyer-liqa2024-04-13 20:14

“Uduza da bilərdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-13 20:00

“Qəbələ” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-13 19:42

“Turnir cədvəlini düşünmürük”

blank
Digər idman növləri2024-04-13 19:24

“Müdafiədə aqressiv, hücumda məhsuldar idik”

blank
Digər idman növləri2024-04-13 19:05

Azərbaycan birinciliyinin qalibləri bəlli oldu

blank
Əvəzedicilər2024-04-13 18:43

“Sumqayıt-2” inamlı qələbəyə sevindi

blank
Premyer-liqa2024-04-13 18:25

“Qəbələ” “Turan Tovuz”a da uduzdu

blank
Ölkə futbolu2024-04-13 17:42

Rəqibini vuran futbolçuya 4 oyunluq cəza

blank
I Liqa2024-04-13 17:19

“Karvan” cərimələndi – təcili yardım maşınına görə

blank
Digər idman növləri2024-04-13 16:32

“NTD-İndiqo” səfərdə qələbə qazandı

blank
Ölkə futbolu2024-04-13 16:00

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim Voronejdə yarandı” – VİDEO

blank
Digər idman növləri2024-04-13 15:32

Millimiz qrupda sonuncu oyununu keçirdi

blank
Dünya futbolu2024-04-13 15:00

KL: “Fənərbaxça”ya qol vurdu, ən yaxşı seçildi

blank
Dünya futbolu2024-04-13 14:41

Avroliqada həftənin ən yaxşısı müəyyənləşdi

blank
Dünya futbolu2024-04-13 14:22

ÇL: Dubla imza atdı, ən yaxşı seçildi

blank
Digər idman növləri2024-04-13 14:00

Yığmamız yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-13 13:39

Ozan fərqləndi, komandası darmadağına üzüldü

blank
Əvəzedicilər2024-04-13 13:10

Əvəzedicilərin yarışında 30-cu turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-04-13 12:46

Sertan Taşkının komandasından liderlə məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-13 12:12

“Qəbələ” ilə “Turan Tovuz”un 9-cu dueli

blank
Dünya futbolu2024-04-13 11:41

Təbriz klubu doğma meydanda darmadağına üzüldü

blank
Digər idman növləri2024-04-13 11:19

Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə

blank
Digər idman növləri2024-04-13 10:57

Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

blank
Ölkə futbolu2024-04-13 10:12

“Neftçi” yenə onlarsız oynayacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm