Dünya futbolu
Alessio Çerçi “Atletiko”da
Madrid "Atletiko"su "Torino"nun hücumç…
Madrid "Atletiko"su "Torino"nun hücumçusu Alessio Çerçini heyətinə qatıb. Futbolinfo.az xəbər verir ki, İspaniya təmsilçisi rəsmi "Twitter" hesabı vasitəsilə bu barədə məlumat yayıb. İtalyan forvardla 3 illik müqavilə imzalanacaq.
La Liqa çempionunun idman direktoru Xose Luis Peres Kaminero Çerçinin transferi barədə belə danışıb: "Torino" ilə anlaşdığımız üçün sevinirik. Hücum xəttimizi gücləndirdik. Artıq mövsümə tam olaraq hazırıq. Onun komandanın əsas oyunçularından biri olacağından əminəm".