Dünya futbolu
Peter Çex Londonda qalmaq şərtilə “Çelsi”dən gedəcək
İngiltərənin "Çelsi" klubu qapıçısı Pete…
İngiltərənin "Çelsi" klubu qapıçısı Peter Çexlə yollarını ayırmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, çexiyalı qolkiperlə KPR yaxından maraqlanır.
Tibo Kurtuanın "Çelsi"yə qayıtmasından sonra əsas heyətdən kənarda qalan Çexin komandadan ayrılmaq istəmədiyi bildirilir. Lakin "Çelsi" təcrübəli futbolçunu KPR-ə satmağa razılıq verib.
Qeyd edək ki, daha öncə PSJ Çexə rəsmi təklif göndərsə də, Çexiya millisinin üzvü Paris klubuna keçməkdən imtina etmişdi.