Ölkə futbolu
“Qarabağ”ın Avroliqadakı oyunlarının başlama saatı dəyişdirilir
Avroliqanın qrup mərhələsində oynayacaq Ağdamın “Qarabağ…
Avroliqanın qrup mərhələsində oynayacaq Ağdamın “Qarabağ” klubunun ev oyunlarının vaxtı dəyişdirilə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun meneceri Asif Əsgərov məlumat verib.
O bildirib ki, ağdamlıların qrup mərhələsində keçirəcəkləri ev oyunları nəzərdə tutulduğu kimi saat 22:00-da deyil, 1 saat tez başlayacaq: “UEFA oyunların vaxtını açıqlayarkən orada “Qarabağ”ın ev matçlarının başlama saatına yenidən baxılacağı haqqında qeyd yazmışdı. Dəqiq olmasa da, böyük ehtimalla bizim Bakıda keçirəcəyimiz oyunlar saat 21:00-da başlayacaq”.
Əsgərov həmçinin, Ukraynanın “Dnepr” klubuna qarşı keçirəcəkləri səfər oyunun “Dnepr Arena”da deyil, başqa stadionda keçiləcəyini bildirib: “Dnepr”ə qarşı keçirəcəyimiz səfər oyunu da böyük ehtimalla başqa stadionda baş tutacaq. Çünki bu klubun öz stadionu hazırda Rusiya ilə müharibə şəraitində olan Donetsk bölgəsinə yaxındır. Onlar ilk matçını İtaliya “İnter”i ilə oynayacaqlar. İtalyanlar da bununla bağlı UEFA-ya müraciət ediblər. Həmçinin, Fransanın “Sent-Etyen” klubu da ukraynalılarla matçı “Dnepr Arena”da keçirmək istəmir. Qrupda hər 3 klub bununla bağlı qitə futbol qurumuna müraciət edib. UEFA da “İnter”, “Sent-Etyen” və “Qarabağ”ın müraciəti əsasında qərar verəcək. Böyük ehtimalla oyunlar Kiyevdə keçiriləcək. Çünki “Dnepr” pley-off mərhələsindəki oyununu da Ukraynanın paytaxtında keçirib. Bu barədə qərarın nə olacağı isə həftə ərzində məlum olacaq”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında ilk matçını sentyabrın 18-də Bakıda “Sent-Etyen”ə qarşı keçirəcək. (apasport.az)
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu