Dünya futbolu
Löv yeni kapitanı seçdi
Almaniya millisinin baş məşqçisi Yoahim Löv Argentina i…
Almaniya millisinin baş məşqçisi Yoahim Löv Argentina ilə keçirəcəkləri yoldaşlıq görüşü öncəsi iddialı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı komandasının yeni kapitanı və növbəti hədəfini açıqlayıb:
"Argentina ilə oyunda komandanın kapitanı Bastian Şvaynştayger olacaq. Bu il biz dünya çempionatının finalında oynadıq və çempion olduq. AÇ-2016-nın finalında da oynaya bilərik. Bu, bizim əsas hədəfimizdi. Mats Hummels Argentinaya qarşı oynaya bilməyəcək. Sami Hediranın da durumu məlum deyil. Ona görə "Hoffenhaym"dan Sebastian Rudini yığmaya dəvət etdim. Qarşıdakı illərdə gənc futbolçulara üstünlük verəcəyik".
Qeyd edək ki, DÇ-2014-ün finalçıları Almaniya və Argentina sabah Bakı vaxtı ilə saat 23:45-də üz-üzə gələcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza