Milli komanda
Portuqaliya Azərbaycanla oyun öncəsi daha bir qələbə qazandı
21 yaşadək futbolçular arasında AÇ-2015-in seç…
21 yaşadək futbolçular arasında AÇ-2015-in seçmə mərhələsinin F qrupu çərçivəsində daha bir oyun baş tutub. Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının da yer aldığı qrupda yüzfaizlik nəticə ilə lider olan Portuqaliya səfərdə Norveçin qonağı olub.
Qarşılaşma portəgizlərin 2:1 hesablı qələbəsiylə başa çatıb. Nəticədə, Azərbaycan yığmasının norveçliləri qabaqlamaq şansı qalıb. Bunun üçün isə millimiz seçmə mərhələnin son oyunundan mütləq qalib ayrılmalıdı ki, qrupu üçüncü sırada başa vursun.
Qeyd edək ki, Azərbaycanın gənclərdən ibarət yığmasının qrupdakı son rəqibi elə Portuqaliya olacaq. Hələ ki, xal itirməyən bu rəqibimizlə görüş sentyabrın 9-da Portuqaliyada baş tutacaq.
F qrupundakı son durum: Portuqaliya – 21 xal (7 oyun), İsrail – 12 (7), Norveç – 9 (8), Azərbaycan – 7 (7), Makedoniya – 4 (7).
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”