Bizi izləyin

Ölkə futbolu

"Neftçi"də yeni dəb

"Neftçi"də istefa proqramlarının daha bir seriyas?…

blank
"Neftçi"də istefa proqramlarının daha bir seriyası başa çatdı. Bundan sonra şou başlayacaq. Bununla da olacaq – şou-proqram.
 
Böyükağa Hacıyevin komandadan göndərilməsi, Tahir Süleymanovun məzuniyyətə çıxması paytaxt klubunda sabitliyin yaranması anlamına gəlmir. Düzdü, Hacıyev getmək istəmirdi. Dəfələrlə dilinin bəlasına düşən məşqçi sonradan verdiyi açıqlamalara görə peşman olduğunu müxtəlif yollarla bildirdi. Amma Hacıyevdən fərqli olaraq, Tahir bəyin çıxış yolu qalmamışdı. Artıq tamaşaçılar onun şousunun dəfələrlə şahidi olduğundan, Süleymanovun istefa verdikdən sonra yenidən kluba qayıtmasını gülünc hesab edirdi. Sonda sabiq vitse-prezident öz abrına qısılaraq, gülüş obyektivinə, ictimai qınağa tuş gəlməmək üçün birdəfəlik getdi.
 
Amma Süleymanovun budəfəki gedişinin də birdəfəlik olması inandırıcı deyil. Belə ki, o, saytımıza verdiyi müsahibədə dediyi "Gələcəkdə nəyin baş verəcəyini Allahdan başqa heç kim bilə bilməz" ifadəsi ilə bir növ özü üçün ayaqyeri qoydu.
 
Süleymanovun gedişindən sonra Mübariz Xudiyevin vitse-prezidentin vəzifəsini müvəqqəti icra etməsi də beyinlərdə bir sıra suallar yaratdı. Belə çıxır ki, klub prezidenti Xudiyevi bu vəzifəyə təyin etməklə Süleymanovun yoxluğunun hiss olunub-olunmayacağını yoxlayır. Axı, o, həmişə ortada yeyib, qıraqda gəzən olub. Bugünə kimi icraçı direktor olsa da, kimsə ondan hesab sormayıb, nədəcə ittiham etməyib. Eləcə başını aşağı salıb, “işini görüb”, çörəyini qazanıb.
 
Bu məqamda Süleymanovdan fərqli olaraq, Sadıqovun şəxsi nüfuzunun mühafizəsinin təşkilində təcrübəsiz olması Mübariz bəyin işini çətinə sala bilər. Növbəti uğursuzluqlarda sabiq vitse-prezidentin yeri görünəcək. Sadıqov yenə hədəf olanda məcburiyyətdən Süleymanovu göndərdiyi üçün dizinə döyəcək.
 
"Neftçi"dəki digər gülünc təyinat vaxtilə klubun mətbuat xidmətinin rəhbəri olmuş və sonradan komandadan elə mətbuatla bağlı çirkli oyunlarına görə qovulmuş Elnur Əşrəfoğlunun adı ilə bağlıdı. Sadıqov onu flaqmanda daim vakant yer olan, inciklərin, sabiqlərin könlünü almaq üçün saxladığı müşavir postuna təyin edib. Hansı ki, bu postda Əşrəfoğludan əvvəl Böyükağa Hacıyev də əyləşmişdi. Sonradan sabiq baş məşqçi Nazim Süleymanovun torbasını tikib postuna qayıtdı, müşavir vəzifəsi isə boş qaldı.
 
Qeyd etdiyimiz kimi, klub prezidentinin müşafiri vəzifəsi "Neftçi"də ən lazımsız postlardan biridi və birincisidi. Guya Sadıq Sadıqov müşavirin ağılı ilə oturub-duracaq ki? Bundan əvvəl Böyükağa Hacıyev sözügedən vəzifədə çalışanda Sadıqova hansı xidmətləri olmuşdu ki, bundan sonra həmin missiyanı yerinə yetirəcək keçmiş jurnalist nə edə? O, Sadıqova yalnız mətbuatın təzyiqlərinin qarşısını almaq üçün lazımdı. Keçmiş televiziya işçisinin "Neftçi"də çalışdığı dönəmdə mətbuata qarşı etdiyi rüsvayçı hərəkətlərindən sonra kiminsə haqlı tənqidə görə onun göz yaşlarına acıyacağı heç inandırıcı deyil.
 
Əvəzində müşavirlik postunun dayanacaq kimi istifadə olunması gizli deyil. Xatırlatdığımız kimi, vaxtilə Böyükağa Hacıyev bu postda çalışdı, sonradan bir daha "Neftçi"yə baş məşqçi kimi təyin olundu. Əşrəfoğlu mətbuat vasitəsi ilə Sadıq Sadıqovu şantaj edərcəsinə "o, sözünün ağasıdı, mənə iş söz veribsəŞ dediyini edəcək" cümləsini əbəs yerə işlətmirdi. Vəzifə üçün səbrsizlənən Elnur bəy bir növ Sadıqovu hədələyərək istəyinə çatdı.
 
Görünür, buna qədər tərəflər görüşüb, razılaşıbmış. Sadəcə, Əşrəfoğlu vəzifənin rəsmiləşməsi üçün "Neftçi"nin uğursuzluğunu gözləyirmiş. Avropa Liqasındakı uğursuzluq və çempionatdakı ürəkaçmayan oyun vəzifə gözləyənlərin ürəyincə idi. Vədə yetişdi, onlar da öz istəyinə çatdı. Sadıq Sadıqov müşavir kimi işə götürdüyü Əşrəfoğlunu hələ sınaqdan keçirir. Ola bilsin ki, müşaviri başqa ampulalarda da "oynatsın". Ancaq burada daha bir sual ortaya çıxır. Böyükağa Hacıyev klubda qalmaq üçün Sadıq bəyə "dədə" deyirdi. Görəsən, vaxtı ilə klubdan qovulmuş şəxs bu dəfə də eyni aqibətlə üzləşməmək üçün hansı addımı atacaq? Sualın cavabını tapana qədər bir qədər vaxtımız var ki, hazırda klubun mətbuat xidmətində çalışan Gündüz Abbaszadənin taleyinin necə olmasına aydınlıq gətirək.
 
Sözsüz ki, Əşrəfoğlu "Neftçi"dən qovulduqdan sonra onun yerinə təyin olunan Abbaszadəyə qarşı qisas hissi ilə alışıb-yanır. Heç şübhəsiz ki, Əşrəfoğlu "Neftçi"də mətbuatdan yaxşı anlayışı olan ikinci bir şəxsin olmasını istəməyəcək. Onun Gündüz bəyi zamanla, saman altından su yeridirmiş kimi "vurması" da gözləniləndi. Hər halda son təyinatlar "Neftçi"nin uğursuzluqlarını güdən və bu, baş verdikdə hərəkətə keçən adamların olduğunu bir daha göstərdi. Şəxsi mənfəətini daha üstün tutan indiki "sostav"la Sadıqovun "Neftçi"sinin çox uzağa getməyəcəyi dəqiqdi.
 
Şou-proqram isə davam edir. İndi gözləmək növbəsi başqalarınındı. Hazırkı heyətin, rəhbərliyin, komandanın… Bunlar uğursuz olanda Hacıyev, Süleymanov və başqaları yəqin ki, yenidən “Neftçi”nin qaranlıq səmasında gözə dəyəcək.
 
AĞA
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-11 11:12

Stadnikin son şansı

blank
Digər idman növləri2024-05-11 10:49

Növbəti yarımfinal görüşü baş tutacaq

blank
Dünya futbolu2024-05-11 10:00

Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqladı

blank
Digər idman növləri2024-05-11 09:30

“Biz fiziki cəhətdən daha güclü idik”

blank
Premyer-liqa2024-05-11 09:00

“Araz-Naxçıvan” “Turan Tovuz”a, “Zirə” “Qarabağ”a qarşı

blank
Digər idman növləri2024-05-11 08:00

Azərbaycan taekvondoçusu AÇ-də bürünc medal qazandı

blank
Dünya futbolu2024-05-11 01:33

“Jirona” qələbəni əldən verdi

blank
Dünya futbolu2024-05-11 01:24

“İnter”dən darmadağın

blank
Dünya futbolu2024-05-11 01:12

“Ştutqart”dan növbəti qələbə

blank
Dünya futbolu2024-05-11 01:04

“Nitsa”ya 1 qol bəs etdi

blank
Digər idman növləri2024-05-11 00:30

Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-05-11 00:09

Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu

blank
Digər idman növləri2024-05-10 23:42

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”nin bürünc medalını qazandı

blank
Digər idman növləri2024-05-10 23:20

Stadnik üçün olimpiadaya lisenziya şansı davam edir

blank
Digər idman növləri2024-05-10 22:51

Azərbaycanın 4 təmsilçisi AÇ-nin finalına vəsiqə qazandı

blank
Digər idman növləri2024-05-10 22:36

“Sabah” Azərbaycan Basketbol Liqasında ilk finalçıdır

blank
Premyer-liqa2024-05-10 22:23

“Neftçi”dən darmadağın – VİDEO

blank
Ölkə futbolu2024-05-10 22:00

“İlk qoldan sonra “Neftçi”yə layiq tərzdə oynadıq”

blank
Premyer-liqa2024-05-10 21:30

Adil Şükürov: “Gələcək oyunlar üçün dərs çıxarmalıyıq”

blank
Premyer-liqa2024-05-10 20:53

“Neftçi”dən əzmkar qələbə

blank
Ölkə futbolu2024-05-10 20:37

Kvirkviya mükafatlandırıldı

blank
Ölkə futbolu2024-05-10 20:19

Masazırda mövsümün son ev oyununda “Sabah” azarkeşləri üçün sürprizlər

blank
Dünya futbolu2024-05-10 20:02

Dubla imza atdı, həftənin ən yaxşısı seçildi

blank
Dünya futbolu2024-05-10 19:48

ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi

blank
Dünya futbolu2024-05-10 19:33

Avroliqada həftənin futbolçusunun adı açıqlandı

blank
Dünya futbolu2024-05-10 19:18

Türkiyədə işləmiş mütəxəssis “Ayaks”ı çalışdıra bilər

blank
Dünya futbolu2024-05-10 19:00

Premyer Liqada aprel ayının ən yaxşı baş məşqçisi və futbolçusu bəlli oldu

blank
Dünya futbolu2024-05-10 18:39

İlin ən yaxşı baş məşqçisi və futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-10 18:20

Azərbaycan samboçuları AÇ-ni 3 medalla başa vurdular

blank
Ölkə futbolu2024-05-10 18:01

“Kəpəz”də 7 itki

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm