Milli komanda
Georgi Milanov: "Bakıdakı stadionun ot örtüyü yaxşı vəziyyətdə deyil"
Sabah AÇ-2016-nın seçmə mərhələsi çər&ccedi…
Sabah AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan Bolqarıstanı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, rəqib komandanın futbolçusu Georgi Milanov yığmamızla keçiriləcək oyunla bağlı fikirlərini açıqlayıb.
22 yaşlı yarımmüdafiəçi komandamızın zəif cəhətlərindən istifadə etməyə çalışacaqlarını bildirib: "Rəqibimizin zəif cəhətləri var və bundan yararlanmağa çalışacağıq. Azərbaycan millisinini başqa komandalarla müqayisə etmək istəmirəm. Amma bilirəm ki, onların stadionunun ot örtüyü yaxşı vəziyyətdə deyil. Bəxtsizlikdən İvelin Popovu itirdik. Amma düşünürəm ki, onsuz da əlimizdən gələni edəcəyik. O, bu gün əməliyyat olunacaq. İnanıram ki, tez zamanda aramıza qatılar. Baş məşqçimiz komandadakı çatışmazlıqları, səhvləri aradan qaldırdı. Yaxşı hazırlaşmışıq. Çətin qrupda yer alırıq. Lakin bu qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…