Milli komanda
"Biz çətinliklə üzləşəndə yaxşı oynayırıq"
Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylov sabah …
Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylov sabah Azərbaycan millisi ilə keçiriləcək oyun barədə fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, çətin qrupda yer aldıqlarını deyib:
"Bu, çox çətin qrupdu. 3-cü yerdə olanın pley-off oynayaraq, yoluna davam etmək imkanı olsa da, bu, qrupu asanlaşdırmır. Planımız hər oyunda xallar qazanmaqdı. Ağır oyun gözləyirik. Ola bilər ki, sabah sevinən tərəf biz olaq. Sabah coşqulu azarkeşlərimizin olmasını gözləyirik. 2 əsas oyunçumuzu itirmişik. Amma ümid edirəm ki, komandamızın digər üzvləri əlindən gələni edib, qələbə qazanacaqlar. Hər şey oyunun gedişinə təsir edə bilər. Amma futbolçularımızın əksəriyyəti aparıcı çempionatlarda çıxış edir. İvelin Popovla bağlı bəxtimiz gətirmədi. Komandamızdakı digər zədəli futbolçular Yordan Minev və Dimitar Rangeldi. Amma biz çətinliklə üzləşəndə yaxşı oynayırıq".
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”