Bizi izləyin

Milli komanda

Yeni seçmə mərhələyə yeni ümidlərlə

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası …

blank
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxacaq. Futbolinfo.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız AÇ-2016-nın seçmə mərhələsinə Bolqarıstana qarşı keçirəcəyi ev oyunu ilə start verəcək.
Bəribaşdan qeyd edək ki, Azərbaycan və Bolqarıstan yığmalarının ilk dəfə rəsmi turnirdə yolları kəsişir. Baxmayaraq ki, bu komanda millimiz üçün tanış rəqibdi. Sadəcə, millimiz bundan əvvəl bolqarlarla bir qayda olaraq, yoxlama oyunlarında qarşılaşıb. Təəssüf ki, həmin oyunların da statistikası rəqibin xeyrinədi.
Azərbaycan və Bolqarıstan yığmaları ilk dəfə 2000-ci ilin 26 iyul tarixində Varna şəhərində qarşılaşıblar. Yoxlama oyununda gülən tərəf bolqarlar olub. Həmin oyundakı yeganə qolumuzun müəllifi isə Ramiz Məmmədov olub. Təəssüf ki, bu, bolqarlarla görüşlərimizdə sevindiyimiz yeganə qoldu. 2002-ci ilin 20 fevralında Sofiyada baş tutan qarşılaşmada da Bolqarıstan 3:0 hesabıyla üstün olub. Yalnız 2004-cü ilin 17 noyabrında Bakıda keçirilmiş son yoxlama oyununda yığmamız uduzmayıb – 0:0. Bir sözlə, Azərbaycan millisi üçün bolqarlar indiyə qədər arzuolunmaz rəqiblərdəndi.
 
Bolqarıstan yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 72-ci yeri tutur. Düzdü, FİFA reytinqindəki mövqeyinə əsasən millimiz bolqalardan elə də geri qalmır. Çünki Azərbaycan hazırda bolqarlardan cəmi bir pillə geridə – 73-cü pillədə qərarlaşıb. Amma bu, heç kimi yanıltmamalıdı və bolqarlarla eyni gücdə olmağımız anlamına gəlmir. Vaxtilə dünya və Avropa çempionatlarının iştirakçısı olmuş rəqibimiz son illərdə əvvəlki nüfuzunu itirsə də, yenə komandamızla müqayisədə kifayət qədər güclü rəqibdi.
 
Bolqarlar 7 dəfə dünya çempionatının iştirakçısı olublar. 1994-cü ildə isə bu komanda dünya dördüncüsü (!) olub. DÇ-dəki uğurlarının çox olmasına baxmayaraq, millimizin rəqibi Avropa çempionatında cəmi iki dəfə (1996 və 2004-cü illərdə) iştirak edib. Lakin bolqarlar mübarizəni elə qrup mərhələsində dayandırmalı olublar.
 
Bolqarıstan millisinə yerli mütəxəssis Lyuboslav Penev başçılıq edir. 45 yaşlı məşqçi 2011-ci ildən etibarən bu yığmanı çalışdırır. 2009-cu ildən məşqçilik edən mütəxəssis yığmadan öncə Sofiya ÇSKA-sında, "Liteks"də də işləyib. O, bu ildən etibarən eyni zamanda "Botev"i də çalışdırır.
 
Göründüyü kimi, yığmamızı növbəti seçmə mərhələnin startında heç də zəif rəqib gözləmir. Buna baxmayaraq, Azərbaycan millisi yeni tsiklə qələbə ilə başlamağa borcludu. Əvvəla ona görə ki, qarşılaşma Bakıda, doğma azarkeşlərin gözü qarşısında keçiriləcək. İkincisi, baş məşqçi Berti Foqts, AFFA rəhbərliyi başda olmaqla, komanda üzvləri də tarixdə ilk dəfə AÇ-nin final mərhələsinə çıxmaq iddiasındadı. Bu iddianın boşuna olmadığını isə məhz startda bolqarlar üzərindəki qələbə ilə isbatlamaq olar. Hər halda bu seçmə mərhələdən etibarən UEFA-nın qitə birinciliyində iştirakçıların sayını artırması yığmamızın da iştahını artırıb.
 
Bolqarıstanla oyun Azərbaycan millisinin 2014-cü ildə 5-ci oyunu olacaq. Yığmamız bu il ilk rəsmi oyununa çıxır. Əvvəlki dörd qarşılaşmanın hamısı yoxlama oyunları çərçivəsində baş tutub. Mart ayında Dubayda Filippinə 1:0 hesabıyla qalib gələn futbolçularımız mayda San-Fransiskoda baş tutan görüşdə ABŞ millisinə 2 cavabsız qolla uduzub. Avqustun 20-də Bakıda baş tutan Özbəkistanla qarşılaşma 0:0 hesabıyla başa çatıb. Sentyabrın 3-də Moskvada keçirilən Rusiya ilə oyunda isə millimiz 0:4 hesablı məğlubiyyətlə üzləşdi ki, bolqarlarla görüş öncəsi belə bir yenilginin komandamızın üzvlərinə psixoloji cəhətdən mənfi təsir edəcəyini düşünənlər var. Amma ümid edək ki, Moskvadakı biabırçı məğlubiyyət futbolçularımızı ayıldacaq və onlara müsbət mənada kömək edəcək.
 
Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 208-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 38-də qələbə qazanmışıqsa, 56-da da heç-heçə ilə təsəlli tapmışıq. 113 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 146 qol vurduğumuz halda, öz qapımızdan 352 top çıxarmışıq.
 
AÇ-2016-nın seçmə mərhələsi
H qrupu

9 sentyabr
 
21:00. Azərbaycan – Bolqarıstan
Hakimlər: Alon Yefet, Danni Krasikov, David Elias Bitton, Nissan Davidi.
Əlavə köməkçi hakimlər: Liran Liani, Roy Reynşreyber (Hakimlər briqadası İsraildəndi).
Hakim-inspektor: Krister Fallström (İsveç).
UEFA nümayəndəsi: Yevgeni Milevski (Latviya).
Bakı. “Bakcell Arena”.
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-05 12:41

“Qarabağ”dan hücumçusu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-05 12:22

Bu gün Bakıdakı Avropa Kubokuna yekun vurulacaq

blank
Digər idman növləri2024-05-05 11:22

“Bakı Marafonu 2024” start götürüb

blank
Dünya futbolu2024-05-05 11:11

22 il sonra Premyer Liqada

blank
Dünya futbolu2024-05-05 09:30

“Şeffild Yunayted” son 100 ildə 100 qol buraxan ilk komanda oldu

blank
Premyer-liqa2024-05-05 09:11

“Turan Tovuz” “Zirə”yə, “Araz-Naxçıvan” “Sabah”a qarşı

blank
Digər idman növləri2024-05-05 08:52

Daha bir ulduz tennisçi Roma turnirində olmayacaq

blank
Digər idman növləri2024-05-05 08:35

Mayamidə Ferstappen sprintin qalibi oldu

blank
Digər idman növləri2024-05-05 08:17

Avroliqa iştirakçıları səsvermə ilə seçiləcək

blank
Ölkə futbolu2024-05-05 08:00

“Sumqayıt”a son dəqiqə şoku, “Neftçi” üçün 5 ballıq zəlzələ

blank
Dünya futbolu2024-05-05 01:35

“Real” 36-cı çempionluğunu rəsmiləşdirdi

blank
Dünya futbolu2024-05-05 01:22

“Monako”dan darmadağın

blank
Dünya futbolu2024-05-05 01:04

“İnter”i məğlub edən tapıldı

blank
Dünya futbolu2024-05-05 00:45

“Ştutqart” “Bayern”ı məğlub yola saldı

blank
Digər idman növləri2024-05-05 00:23

Azərbaycan cüdoçularından Göygol Avropa Kubokunun ilk günündə 10 medal

blank
Dünya futbolu2024-05-05 00:05

Liderlərdən darmadağın

blank
Dünya futbolu2024-05-04 23:38

Şahruddinin komandasından səfər qələbəsi

blank
Premyer-liqa2024-05-04 23:05

“Neftçi”yə qarşı hamı istəkli oynayır” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-04 22:58

“Səhvlərimiz kifayət qədər çox idi” – Bojoviç

blank
Ölkə futbolu2024-05-04 22:43

“Qarabağ” Bəhlulla yeni müqavilə bağladı

blank
Premyer-liqa2024-05-04 22:10

“Qarabağ”dan “Neftçi”yə 5 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2024-05-04 21:21

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-05-04 21:00

Rahil Məmmədovun komandası yenə uduzdu

blank
Premyer-liqa2024-05-04 19:52

“Kəpəz”lə “Sumqayıt”ın heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2024-05-04 19:10

Adil Şükürov: “Vəziyyəti bu həddə “Sumqayıt” tərəfi çatdırdı” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:59

Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:23

“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə

blank
Digər idman növləri2024-05-04 17:42

Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb

blank
Digər idman növləri2024-05-04 17:20

Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-04 17:01

Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm