Dünya futbolu
“Qalatasaray” Sabriyə görə bunu etdi
Çezare Prandellinin baş məşqçiliyə gəlişindən son…
Çezare Prandellinin baş məşqçiliyə gəlişindən sonra komandadan uzaqlaşdırılan “Qalatasaray”ın kapitanı Sabri Sarıoğlu klubu tərk etməyə sövq edilir. Futbolinfo.az xəbər verir ki, son olaraq müdafiəçiyə klubun təlim-məşq bazasında yemək verilməsi qadağan edilib.
Əvəzedici heyətin yemək yeyərək bazaya gəlinməsi tələb edilib. Bu səbəbdən Sarıoğlu bazada əsas komandanın girdiyi yeməkxanada yemək yeyə bilmir. Bundan başqa sabiq kapitana əsas komandada ləvazimat da verilmir.
Sabri isə bu qərarın məşqçilər korpusu tərəfindən verildiyi fikri ilə razılaşmayıb: "Bu qərar mənə əvvəlcədən deyilsə, başqa cür hərəkət edərdim. Ən yaxşı günlərimi ötən mövsüm keçirdim. Prandelli isə mənim oyunuma baxmadan heyətdən uzaqlaşdırdı. Prandelli bunun nə özünün, nə də Roberto Mançinin qərarı olduğunu deyir. Demək ki, məşqçilər korpusu belə qərar qəbul etməyib. Əgər məşqçi mənim oyunuma baxsaydı və qane olmasaydı, mən onun qərarına hörmətlə yanaşardım".