I Liqa
AFFA "Şəmkir"ə texniki məğlubiyyət verdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan 1-ci divizionunun “Şəmkir” – “Turan-T” matçında “Şəmkir” klubu limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalıb. Vurulmuş qollar ləğv edilib.
Xatırladaq ki, İK bu mövsüm Premyer Liqada da "Qarabağ"a oxşar cəza vermişdi.