Milli komanda
Berti Foqts: "Ən azından heç-heçə edəcəyimizi düşünürdüm"
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Be…
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirilmiş oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, o, Bakıdakı 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"İki kobud səhvə yol verdik. Bunun nəticəsində də qapımızdan qol buraxdıq. 70 dəqiqə rəqiblə başabaş mübarizə apardıq. Rəqib bizdən güclü olduğu üçün qələbə qazandı. Son on ildə futbolda futbolun surəti artıb. Mən də on gün ərzində komandanı oyuna bu qədər hazırlaya bildim. Oyunu meydana müdafiəçi buraxdığıma görə uduzmadıq. Bu oyundan sonra işimiz çətinləşdi. Ən azından heç-heçə edəcəyimizi düşünürdüm. Hazırlaşıb gələcək oyunlarda səhvləri aradan qaldırmalıyıq. Mən əlimdə olan oyunçudan yararlanıram. Braziliyalı futbolçu ilə oynaya bilmərəm. Mən gənc oyunçulara inanıram".
Qeyd edək ki, Foqts jurnalistlərə hörmətsizliyi ilə yadda qalıb. O, mətbuat işçilərinin suallarını cavablandırmadan konfrans zalını tərk edib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”