Ölkə futbolu
Mərkəzi arena "Qarabağ" – "Sent-Etyenn" matçına hazır deyil
Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü…
Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün dəyişdiriləcəyini diqqətinizə çatdırmışdıq. Futbolinfo.az xəbər verir ki, yeni ot örtüyü sifariş verilib.
Ancaq hələ ki, sifariş Bakıya çatmayıb. Bu barədə sözügedən stadionun drektoru Akif İsmayılov saytımıza danışıb:
"Stadionun durumu normaldı. Sadəcə, ot örtüyünün gəlməsini gözləyirik. Onu da gözləyirik. Bu işlə futbol federasiyası məşğul olur. Ot örtüyü Hollandiyadan gəlir. Ot örtüyünün gecikməsinə görə "Qarabağ" – "Sent Etyenn" oyununun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmaması inandırıcı görünmür. Ot örtüyü gəlsin, düzəldək. Hər şey gözümüzün qabağında olandan sonra, yəqin ki, biletlərin satışa çıxarılacaq".
"Qarabağ"ın mətbuat xidmətindən aldığımız məlumata görə isə, oyunun biletləri yaxın 2-3 gün ərzində satışa çıxarılacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…