Dünya futbolu
Portuqaliya baş məşqçisiz qaldı
Portuqaliya Futbol Federasiyası (PFF) baş məşqçi Paulo Bent…
Portuqaliya Futbol Federasiyası (PFF) baş məşqçi Paulo Bento ilə yolları ayırıb. Futbolinfo.az xəbər verir ki, bu barədə PFF-in rəsmi saytı məlumat yayıb.
Həmin yazıda qeyd olunur ki, federasiya rəhbərliyi 45 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında müqaviləni pozub. PFF yaxın günlərdə milli komandaya yeni baş məşqçi təyin ediləcəyini də vurğulayıb.
Qeyd edək ki, portuqaliyalı məşqçi 2010-cu ildən yığma komandanı çalışdırırdı.