Dünya futbolu
“Liverpul”da Əmrə Can şoku
"Liverpul"un yeni transferi Əmrə Can sıradan çıx?…
"Liverpul"un yeni transferi Əmrə Can sıradan çıxıb. Futbolinfo.az xəbər verir ki, türk əsilli oyunçu 6 həftəlik yaşıl meydanlardan uzaq qalacaq.
Əmrə Almaniyanın 21 yaşlılardan ibarət yığmasının Rumıniyayla oynadığı matçda ayaq biləyindən zədə alıb. Gənc futbolçunun noyabr ayında zədəsini tam sağaldacağı gözlənilir.
Mersisaydlıların baş məşqçisi Brendan Rodcers xəbərin doğruluğunu təsdiqləyib: "Əmrə Can Almaniyadan qayıdıb. Ayaq biləyindəki zədə səbəbindən 6 həftə oynamaya bilər".