Premyer-liqa
Əsgər Abdullayev: "Sanki, futbolçularımız gəzməyə çıxmışdılar"
"Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Ab…
"Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, naxçıvanlıların çalışdırıcısı 1:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Deyiləsi sözüm yoxdu. Futbolçuların oyuna bu cür münasibəti ilə bizə çətin olacaq. Rəqib haqqında tam məlumat versək də, istədiyimiz oyunu meydanda görə bilmədik. Ümumilikdə, oyun görmədik. Sanki, futbolçularımız futbol oynamağa deyil, gəzməyə çıxmışdılar”.