Premyer-liqa
Əmirquliyev: “Neftçi” ilə matçın nəticəsi oyuna görə olmadı”
"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev Topaz P…
"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində qarşılaşdıqları "Neftçi" ilə oyundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
"Çempionluğa oynayan komandayıq. Əlbəttə ki, bu yaxşı nəticə deyil. Hətta deyərdim, “Xəzər Lənkəran”ın adına da yaraşmır. Növbəti oyunlardan mütləq yaxşı istifadə etməliyik. Ən əsası da qol imkanlarımızda yaxşı faydalanmalıyıq. Əslində, oyun planında elə də problemimiz yoxdu. “Neftçi” ilə görüşdə də nəticə oyuna görə olmadı. Ən azı uduzmamalı idik".
O, oyun zamanı Flavinyo ilə yaşadığı mübahisəyə də münasibət bildirib: "Flavinyoya heç nə etmədim. O, yıxılan zaman topla məni vurdu. Hakimin mənə niyə sarı vərəqə göstərdiyini başa düşmədim. Heç kimi söyməmişəm”.