Dünya futbolu
Futbolçumuz oynamadı, komandası evdə məyus oldu
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 2-ci turun oyunlar…
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 2-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin çıxış etdiyi "Girəsunspor" doğma azarkeşləri qarşısında "Adana Dəmirspor"la qarşılaşıb.
Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ötən tur ümumi heyətə belə düşməyən və əvəzedici komandayla oyuna çıxan Mehdiyevə bu dəfə də şans verilməyib.