Dünya futbolu
"Sent-Etyenn"inin baş məşqçisi: "Qarabağ kiçik klub deyil"
Fransa "Sent-Etyenn"inin baş məşqçisi Kristof Qalt…
Fransa "Sent-Etyenn"inin baş məşqçisi Kristof Qalte Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirəcəkləri oyundan danışıb. Futbolinfo.az xəbər verir ki, mütəxəssis Ağdam təmsilçisinin kiçik klub olmadığını deyib:
“Növbəti həftə yeni güvənlə Avropa Liqası matçına çıxacağıq. Biz gücümüzə və heyətimizə güvənməliyik. "Qarabağ" Avropa Liqasında iddialıdı. Bu, kiçik klub deyil. Onlarla oyunda stadionları dolu olacaq”.
Qeyd edək ki, F qrupunda yer alan son Azərbaycan çempionu "Qarabağ"ın digər rəqibləri "İnter" (İtaliya) və "Dnepr"di (Ukrayna).