Premyer-liqa
“Xəzər Lənkəran” rəhbərliyi futbolçuları cəzalandırdı
Yeni mövsümdə uğursuz çıxış edən “Xəzər…
Yeni mövsümdə uğursuz çıxış edən “Xəzər Lənkəran” 5-ci turda da səfərdə “Neftçi”yə məğlub oldu. Futbolinfo.az xəbər verir ki, cənublular 5 turdan sonra aktivinə cəmi 4 xal yaza bilib.
Bu nəticə isə klub rəhbərliyini ayağa qaldırıb. Belə ki, futbolçular pul cərimələrindən yayına bilməyib. Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bildirib. Onun sözlərinə görə futbolçular 5 turda qeydə alınan uğursuz nəticələrə görə müəyyən məbləğdə cərimələnəbilər.
Maraq üçün bildirək ki, artıq Lənkərana qayıdan klub sabah axşam növbəti turun oyununa hazırlaşacaq.