Bizi izləyin

Müsahibə

Əsgər Abdullayev: "Onda belə çıxır ki, Kasiliyas da oyunu satmışdı”

“Araz Naxçıvan”ın baş məşqçisi Əsgər …

blank
“Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayevin futbolinfo.az saytına müsahibəsi
 
– Ölkə idman mətbuatını komandanızdan uzaqlaşan Elhad Nəzirinin açıqlamaları zəbt etdi. Nəziri sizi oyun satan futbolçuları meydana buraxmaqda ittiham etdi. Bu barədə nə deyə bilərsiz?
– Allah hamısının canını sağ etsin. Bu barədə heç nə danışmaq istəmirəm. Nə lazımdısa, onun özünə deyilib.
 
– Bu barədə heç bir addım atmağı fikirləşmirsiz?
– Həyatım boyu belə şeylərə nifrət etmişəm. Onun şəxsi fikridi. Siz oyun satan məşqçi tanıyırsız? Mən sadəcə, futbolçunun bu günkü durumunu nəzərə alıram. Oynamalıdı, heyətə düşməlidi. Məni bununla bağlı heç kim ittiham edə bilməz. Mən ömür boyu belə şeylərə nifrət etmişəm. Dəvət olunan futbolçu öz üzərində işləməlidi. Heyətə cəlb olunan futbolçunun əvəzinə məşqçi oynamalı deyil. Futbolçu günahı özündə axtarmalıdı. Deyəcəyim bu qədərdi. Bunlar hamısı yersiz söhbətlərdi. İndi isə komandanın bəzi problemləri var. Onları həll etməliyik. Biz öz işimizi davam etdiririk. Çalışacağıq ki, növbəti turlarda öz çatışmazlıqlarımızı aradan qaldıraq.
 
– Düşünmürsüz ki, Elhadın açıqlaması istər-istəməz sizin imicinizə zərbə vurdu?
– Belə bir şey varsa, həmin adamlar gedib ittihamlara cavab versinlər. Belə bir şey varsa, biz də bilək. Onun nə qədər düzgün olub-olmadığını təsdiqləmək lazımdı. Ondan sonra belə bir ittiham irəli sürməlidi. Bir daha deyirəm ki, bu onun şəxsi fikridi. Məni tanıyanlar bilir ki, mən belə şeylərə nifrət etmişəm. Mən hər futbolçunun əməyinə qiymət verirəm. Hər futbolçu təlim-məşqdə şans istəyir, biz də veririk. Sonradan bu şansı qazanmaq lazımdı. Qazanan futbolçu da oynayır. Hər nə olursa, insan onu dəqiqliklə bildikdən sonra irəli sürməlidi. Onun əlində bununla bağlı bir dəlil varmı?
 
– Bir neçə futbolçu “Araz Naxçıvan”la müqavilə imzaladıqdan qısa müddət sonra komandadan ayrılır. Bunun səbəbi nədi?
– Mən futbolçuları bura dəvət edəndə demişəm ki, hər bir oyunçu özünü təsdiqləməlidi. Əgər oyuna 10 dəqiqə də qalmış kimisə çıxardıramsa, özünə inanmırsa, qoy çıxıb getsin. Futbolçu bunu qəbul edirsə, ona 1 il müddət veririk ki, özünü doğrultsun. Harada görülüb ki, oynayan futbolçunu məşqçi qovsun?
 
– 4 turdan sonra cəmi 3 xal toplaya bilmisiz. Uğursuzluqlar nə ilə bağlıdı?
– Mən heç vaxt bəhanə axtarmıram. Biz yeni yaranmış, yerli futbolçulardan təşkil olunmuş komandayıq. Mən bununla yerli futbolçuların imicinə xələl gətirmək istəmirəm. Komandada ortalama yaş həddi 22-23 olar. Sadəcə, bir az vaxt lazımdı. Köklü komanda yığmaq istəyirik. Çempionat yeni başladığı bir vaxtda komanda özünü tapmalıdı, formalaşmalıdı. Narahat olmayın, komanda öz sözünü deyəcək.
 
– “Araz Naxçıvan”da bir sıra uzun müddətdi məşqçiz və klubsuz olan futbolçular var. Aqil Nəbiyev, Kamil Nurəhmədov, Saşa Yunusoğlu və s. Bu futbolçularla uğur qazanmaq nə dərəcədə realdı?
– Bu futbolçuları formaya gətirmək üçün müddət lazımdı. Yaxın vaxtlarda komanda öz simasını göstərəcək. Biz onlara inanıb gətirmişik. Çempionat yeni başlayıb. Cavan futbolçuların içində təcrübəlilərin olması komandanın xeyirinədi. Mən futbolçulara güvənirəm.
 
– Ola bilərmi ki, Naxçıvanın uzaq olması və bir sıra futbolçuların ora getmək istəməməsi komandanın heyətini gücləndirməsinə mane olur?
– Problem bunda deyil. Camaat dünyanın gedib o başında oynayır. Evin içində futbol olar? Kim hansı kluba gedirsə, özündə məsuliyyət hiss etməlidi. Qarşısına məqsəd qoymuş futbolçu ona çatmaq üçün çalışmalıdı. Naxçıvan Azərbaycandı! Futbolçu Azərbaycandan çıxmır ki.
 
– Artıq uğursuz nəticələrdən sonra fanatlarınız da sizi istefaya çağırır…
– Oyundan sonra belə bir şey olmayıb. Bu kimin işidisə, Allah onun da canını sağ etsin. Heç bir məşqçki daimi deyil. Çalışıram ki, işlədiyim müddətdə nəsə edim. Allahın köməyi ilə edəcəm də. Naxçıvanda istefa söhbəti də olmayıb. Mən də bilirəm ki, komandaya vaxt lazımdı. Qərəzli çıxışlar etmək lazımsızdı. Komandanı sevən adam yaxşı və pis gündə klubun yanında olmalıdı. Bacarırmırsa, deməli o azarkeş deyil. Naxçıvan azarkeşlərinə böyük hörmətim olduğu kimi, onların da mənə inam və hörməti böyükdü.
 
– Növbəti turda “Xəzər Lənkəran”ın qonağı olacaqsınız. Həmin oyunda qeydə alınan uğursuz nəticə sizin komandadakı mövqeyinizə təsir etməyəcək ki?
– Oyunda hər şey ola bilər. Çalışacağıq ki, burada oynadığımız oyunu, orada tədbiq etməyək. Biz həqiqi azarkeşlərimizi sevindirmək üçün çalışacağıq. Biz Lənkərana oynamağa gedəcəyik.
 
– Ümumiyyətlə hiss etmisizmi ki, sizi “Araz Naxçıvan”da kimsə istəmir?
– Vallah, mən elə şeylərə fikir vermirəm. Məni bura dəvət edən adam var. O, mənə desə ki, bizi qane  etmirsən, yaxşı yol, mən əlbəttə ki, əşyalarımı yığıb gələcəm. Mən həmin adamı tanıyıram və onun fikri mənim üçün önəmlidi.
 
– Klubun rəsmi saytında yayılan bəyanatda cəmi 9 futbolçu çıxış edib.  Bilirik ki, həmin 9 futbolçunun hamısı da, sizin tərəfinizdən komandaya cəlb olunub. Maraqlıdı, bəyanatda niyə qalan futbolçuların imzası yoxdu?
– Bu, onların şəxsi işidi. Mən heç vaxt futbolçuları üz-üzə qoymamışam. Ola bilsin ki, onlar nisbətən yaşlı olduqları üçün cavab veriblər. Digər məsələyə gəldikdə isə komandada olan futbolçuların hamısını mən dəvət etmişəm. Mənim fikim nəzərə alınıb, komandaya cəlb olunub.
 
– Sonuncu suala səmimi cavab verməyinizi xahiş edirəm. Ümumiyyətlə Elhad Nəzirini komandaya cəlb etdiyiniz üçün peşman oldunuz?
– Mən nə danışıramsa, səmimi fikirlərimi bildirirəm. Peşman olmusuz deyəndə ki, mən hər futbolçu ilə söhbət aparıram. Futbolçunun yerinə çıxıb mən oynayası deyiləm. Bizim komanda üzvlərinin çoxunda elita təcrübəsi yoxdu. Bayaq siz də çox gözəl qeyd etdiniz ki, əksər futbolçular uzun müddət məşqsiz qalıb. Komanda özünü tapana qədər bunlar olmalıdı. Burada normal komanda düzəldəcəyik. Ən güclü qapıçılardan biri İker Kasiliyas Dünya Çempionatında səhvlər edirdi. Onda belə çıxır ki, Kasiliyas da oyunu satmışdı? Əlində dəlil yoxdusa, iddianı irəli sürmək absurddu. Mən ya danışmıram, danışanda da səmimi danışıram.
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Dünya futbolu2024-04-30 11:32

“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir

blank
Ölkə futbolu2024-04-30 11:25

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm