I Liqa
“Energetik” – “Şəmkir” və MOİK – “Lokomotiv” oyunları ilə bağlı sərt cəzalar
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futbol üzrə Azərbaycan 1-ci divizionunun 2-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Energetik” – “Şəmkir” matçında “Şəmkir”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 67-ci dəqiqəsində “Energetik”in futbolçusu Elçin Abdullayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Şəmkir”in futbolçusu Səftər Qafarov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 89-ci dəqiqəsində “Energetik”in futbolçusu Elvin Əlizadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
MOİK – “Lokomotiv” matçının 45+1-ci dəqiqəsində “Lokomotiv”in futbolçusu Haqverdi Yusifov öz komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçünu 3 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 73-ci dəqiqəsində MOİK-in futbolçusu Orxan Müzəffərli, Röyal Nəcəfov, “Lokomotiv” klubunun futbolçusu Nicat Əsgərov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər üç futbolçu 2 oyun cəzalanıb, klubları 200 manat cərimə olunub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…