Dünya futbolu
“Bavariya” “Mançester Siti”yə, “Çelsi” “Şalke”yə qarşı
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsin…
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 1-ci turunun oyunları davam edir. Futbolinfo.az xəbər verir ki, birinci turun ikinci oyun günündə daha 8 qarşılaşma baş tutacaq. Matçlar E, F, G və H qruplarında keçiriləcək.
E qrupunda “Bavariya” ğtən mövsümdən tanış olan rəqib “Mançester Siti”ni, uzun müddət sonra yenidən ÇL-də görünən “Roma” isə ÇSKA-sını qəbul edəcək.
F qrupunda “Barselona” öz meydanında Kiprin APOEL klubunu sınağa çəkəcək. Qrupun digər oyununda Fransa nəhəngi PSJ Hollandiyada “Ayaks”la münasibətlərə aydınlıq gətirəcək.
G qrupunda “Çelsi” doğma meydanda “Şalke”ni, “Maribor” “Sportinq”i qəbul edəcək.
H qrupunda isə “Portu” evdə BATE , “Atletik” isə Donetsk “Şaxtyor”u ilə görüşəcək.
Çempionlar Liqası
1-ci tur
17 sentyabr
E qrupu
23:45. Bavariya (Almaniya) – Mançester Siti (İngiltərə)
23:45. Roma (İtaliya) – CSKA (Moskva, Rusiya)
F qrupu
23:45. Ayaks (Hollandiya) – PSJ (Fransa)
23:45. Barselona (İspaniya) – APOEL (Kipr)
G qrupu
23:45. Çelsi (İngiltərə) – Şalke (Almaniya)
23:45. Maribor (Sloveniya) – Sportinq (Portuqaliya)
H qrupu
23:45. Portu (Portuqaliya) – BATE (Belarus)
23:45. Atletik (İspaniya) – Şaxtyor (Ukrayna)