Bizi izləyin

Müsahibə

"Simurq"da heç kəs evinə haram pul aparmır"

Son iki turda məğlub olan “Simurq” artıq növbəti …

blank
Son iki turda məğlub olan “Simurq” artıq növbəti oyunun hazırlıqlarına start verir. Futbolinfo.az xəbər verir ki, komandanın kapitanı İlkin Qırtımov və vitse-kapitanlardan Amil Ağacanov son oyunlar və ümumi çempionat haqqında sualları cavablandırıblar. Hər iki futbolçu Zaqatala təmsilçisinin bu mövsüm nəticə qazanacağına inandıqlarını və azarkeşlərdən sona qədər onları dəstəkləmələrini istəyiblər.
 
– Öncə komandanın mövsümə hazırlıq səviyyəsi haqqında fikirlərinizi bilmək istərdik…
– (İ.Q.) Komandamız mövsümə çox yaxşı hazırlıq mərhələsi keçdi. Fikrimcə, hazırda yalnız bir problemimiz var. O da hücum xətti ilə bağlıdı. Lukas Treşnyak hələ komandaya tam uyğunlaşa bilməyib. Tək Draqan Çeranla da çox çətindi. Onu da “çox sağ olsunlar”, dörd oyunluq cəzalandırıblar. Rəşad Eyyubov boşluğu doldurmağa çalışır. Ancaq  Draqansız komandaya çox çətindi. “Neftçi” və “Qəbələ” oyunları da bunu bir daha göstərdi. Təəssüf ki, bu görüşlərdə məğlub olduq. Ancaq qeyd edim ki, rəqib heç də əziyyət çəkib qol vurmadı. Öz səhvlərimizdən qapımızdan top buraxdıq. 
 
– (A.A.) Komandanın mövsümə ümumi hazırlığını yüksək dəyərləndirirəm. Sloveniyada və Avstriyada gözəl təlim-məşq toplanışları keçdik, güclü rəqiblərlə yoldaşlıq görüşləri keçirdik. Nəticədə çempionatada pis başlamadıq. İlk iki turda qapımızdan qol keçirmədən qalib gəldik. Ancaq çox təəssüf ki, son iki turda məğlubiyyətə uğradıq. “Neftçi” ilə oyunda hər kəs gördü ki, necə gözəl oyun nümayiş etdirdik. Ancaq idman şansı bizdən yana olmadı. “Qəbələ” məğlubiyyətindən isə hələ də özümüzə gələ bilməmişik. Çünki bu matçda qalib gəlməнэ borclu idik. Uduzulası oyun deyildi. İnanıram ki, tezliklə bu qarşılaşmanı unudub, qarşıdakı matçlarda son iki turdakı səhvləri buraxmadan xallarımızı toplayacağıq.
– Qarşıda çətin və uzun marafon var. Sizcə, sonda komandanın qarşıya qoyulan məqsədə çatmaq üçün gücü çata biləcək?
– (İ.Q.) İnanıram ki, çatacaq. İki oyunla çempionat qurtarmayıb. Qarşıdakı turlarda itirdiyimiz xalların əvəzini artıqlaması ilə çıxacağıq. Biz özümüzə inanırıq. İndi hər kəs “Simurq”un gücünü bilir və görür. Əvvəlki kimi deyil. Bütün rəqiblər bizdən çəkinirlər. Bilirlər ki, asan rəqiblə qarşılaşmayacaqlar.
 
– (A.A.) Ümumi oyun səviyyəsinə baxanda ötən ilki “Simurq”dan güclüyük. Komandada hər kəs inanır ki, bu il nəticə verəcəyik və verməliyik də. Sonda turnir cədvəlinin ilk sıralarında olan komandalardan biri də biz olacağıq. Son dörd oyuna baxanda bunu aşkar görmək olar. Bizdə meydanda lider futbolçu yoxdu. Komanda futbolu oynayırıq. Hər kəs öz işini bilir. Belə olan halda hesab edirəm ki, həmişə nəticə olur. Çünki hamımız eyni məqsədə köklənmişik.
 
– Hazırda Premyer Liqada çıxış edən rəqibləri necə dəyərləndirirsiz?  
– (A.A.) Ümumi baxdıqda çempionatda zəif rəqib yoxdu. Əvvəl deyirdilər ki, “Araz Naxçıvan”, “Sumqayıt” bu mövsüm autsayder olacaq. Ancaq bu gün baxdığımızda, “Sumqayıt” turnir cədvəlinin lideridir. “Araz Naxçıvan” isə bütün rəqiblərlə başabaş mübarizə aparır. Bu səbəbdən bütün komandaların gücünü eyni dəyərləndirərdim. Düzdü, “Qarabağ” heyətinə və oynadığı futbola görə seçilir. Hazırda Avroliqaya başları qatışdığından bütün güclərini çempionata verə bilmirlər. Ancaq bizim üçün rəqibin kimliyi önəmli deyil. Çıxıb öz oynumuzu oynayıb, nəticələrimizi qazanmalıyıq.
 
– (İ.Q.) 90 dəqiqə oynanılmadan heç bir oyun udulmur. Son oynumuz da bunun sübutu oldu. Bizim üçün zəif rəqib yoxdu. Hər bir komandaya eyni səviyyədə yanaşırıq və bir şey bilirik ki, hər tur bizim üçün finaldı. Mütləq qalib gəlməliyik.
 
– Qarşıda “Qarabağ”la çətin səfər oyunu var. Bu qarşılaşma haqqında nə deyərdiz?
– (İ.Q.) “Qarabağ”ın bu həftə Avroliqada oyunları var. Bu görüşdən üç gün sonra bizlə görüşə çıxacaqlar. Gözləmək olar ki, bu onların oyunlarına təsir göstərəcək. Ancaq buna arxayın olmalı deyilk. Rəqibi yaxşı analiz edib, qalib gəlməyə çalışacağıq.
 
– (A.A.) Bütün rəqiblərimizə eyni səvviyədə baxırıq və eyni güclə hazırlaşırıq. Ümid edirəm ki, iki ardıcıl məğlubiyyətdən sonra dönüş edə biləcəyik. Səfərə yalnız qələbə üçün çıxacağıq. Komandada hər kəs bunu yaxşı bilir və bir neçə gündə də yaxşı hazırlaşıb, səhvlərimiz aradan qaldırmağa çalışacağıq.
 
– Son iki məğlubiyyətdən sonra xüsusən azarkeşlər məşqçilər heyətini və futbolçuları qınamağa başladı. Sosial şəbəkələrdə xoşagəlməz fikirlər səsləndirdilər. Bununla bağlı komandanın kapitanının və vitse-kapitanın fikirlərini nədi?
– (İ.Q.) Həmin azarkeşlər arasında olan ağsaqqallar yəqin “Simurq”un əvvəlki vaxtlarını unudublar. Komanda hər gələnə-gedənə məğlub olurdu. İndi isə güclü komandamız var. Hər bir rəqib bizimlə hesablaşmalı olur. Heç kəs bizlə oyunda asanlıqla xal qazanmır. Belə çıxır ki, qalib gələndə yaxşıyıq, məğlub olanda pis. Bu, futboldu. Kim istəyər ki, uduzsun. Hər oyunda bizi dəstəkələməyə yaşlısı, cavanı, uşağı gəlir. Hətta əlil arabasında belə gəlib bizi qələbəyə səsləyən azarkeşlərimiz var. Hansı futbolçu istəyər ki, onların qabağında meydanı başıaşağı tərk etsin? Özləri də oyun vaxtı o qədər əziyyət çəkirlər. Əgər bizə dəstək olmaq istəyirlərsə, sona qədər yanımızda olsunlar. Heç kəs əziyyət çəkmədən də, pul qazanmır. Qazandığımızdanda həmişə ehtiyacı olanlara kömək edirik. O fikirləri bildirənlər də, bunu yaxşı bilir. Bunu hər hansı uşaq yazsaydı, heç fikir belə verməzdik. Ağsaqqal aranı sakitləşdirməkdən, vəziyyəti düzəltməkdən, əksinə o, bu barədə fikir səsləndir. Hörmət etdiyimiz adamdan belə bir hərəkət görəndə bizə çox pis təsir göstərir.
– (A.A.) Yaxşı gündə adamın yanında dostu da olur, düşməni də. Hər kəsi pis gündə tanımaq olur. İki oyun qalib gələndə rəhbərlikdən başqa heç kəs gəlib çox sağ ol demədi. Ancaq məğlub olan kimi həm məşqçini qınayırlar, həm də futbolçuları. Özlərini ağsaqqal hesab edənlər ağızlarına gələni deyirlər, yazırlar. Biz onlardan hər bir zaman yanımızda olmağını istəyirik. “Simurq” Zaqatalanı təmsil edir. Zaqatala adı üçün meydanda mübarizə aparırıq. Hər bir zamanda istəyirik ki, yaxşı nəticələrlə onları sevindirək. Futbolda həmişə qalib gəlmək olmur. Futbolçu da insandı. Səhv buraxır və bunun da nəticəsində bəzi matçlarda istədiyimiz nəticəni qazana bilmirik. Çətin günümüzdə bizlə olun. Heç kəs evinə bu komandada haram pul aparmır. Qazandığımız pullarla neçə dəfələrlə zaqatalalıların sağlamlıqlarını bərpa etmək üçün yardım etmişik. Biz həmin futbolçularıq. Futbolda heç kəs rahat pul qazanmır. Məğlub olanda biz də pis oluruq. Kim istəməz ki, gözəl nəticələrlə valideynlərini, yaxınlarını, komandanın rəhbərliyini, siz azarkeşləri sevindirsin. (klub saytı)
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-04 19:52

“Kəpəz”lə “Sumqayıt”ın heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2024-05-04 19:33

“Neftçi” “Qarabağ”a qarşı – YENİLƏNİR

blank
Premyer-liqa2024-05-04 19:10

Adil Şükürov: “Vəziyyəti bu həddə “Sumqayıt” tərəfi çatdırdı” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:59

Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:23

“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə

blank
Digər idman növləri2024-05-04 17:42

Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb

blank
Digər idman növləri2024-05-04 17:20

Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-04 17:01

Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-04 16:47

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

blank
Digər idman növləri2024-05-04 16:34

Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib

blank
Ölkə futbolu2024-05-04 16:18

Yunanov bu gün mükafat alacaq

blank
Digər idman növləri2024-05-04 16:00

Bakıdakı Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

blank
Milli komanda2024-05-04 15:39

Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-04 15:20

“Bakı Marafonu-2024”ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

blank
Ölkə futbolu2024-05-04 14:46

“Kəpəz”də 4 itki

blank
Ölkə futbolu2024-05-04 14:03

“Kəpəz”in elitada qalması yeni imkanlar yaradacaq” – Millət vəkili

blank
Digər idman növləri2024-05-04 13:22

Millimizdən Avropa kubokunda bürünc medal

blank
Dünya futbolu2024-05-04 12:36

Renat Dadaşovun komandasında yeni baş məşqçi

blank
Milli komanda2024-05-04 11:57

Millimiz İnkişaf Turnirində ikinci oyununu keçirəcək

blank
Ölkə futbolu2024-05-04 10:48

Ozan Can cəzalandı, komandası uduzdu

blank
Ölkə futbolu2024-05-04 10:19

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”

blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm