Dünya futbolu
Uilşer yenə zədələndi
Dünən Çempionlar Liqasının qrup mərhələsində ke&cce…
Dünən Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Borussiya" (Dortmund) – "Arsenal" matçında qonaqların futbolçusu Cek Uilşer zədələnib. Futbolinfo.az xəbər verir ki, matçdan sonra “topçular”ın baş məşqçisi Arsen Venger oyunçunun zədəsi haqqında danışıb:
"Cekin ayaq biləyi burxulub. Zədənin ciddi olub-olmadığı haqqında fikir bildirmək çətindi. Belə mövzularda həmişə diqqətli olmuşam. Ancaq mənə elə gəlir ki, zədəsi çox ciddi deyil. Yenə də özünü qorumalıdı. Digər oyunçular zədəyə görə əvəzlənmədi".