Ölkə futbolu
Aparıcı müşavir
Deyəsən, “Neftçi” prezidentinin müşaviri po…
Deyəsən, “Neftçi” prezidentinin müşaviri postuna təyin olunan keçmiş televiziya işçisi Elnur Əşrəfoğlu bu vəzifə ilə barışmır. Görünür, Əşrəfoğlunun klubda müşavirlikdən aldığı qazanc onu qane etmir.
Elnur bəy artıq klub rəsmisi olsa da, həftə ərzində “CHAT BOX” kanalı vasitəsi ilə yayımlnan “TOP-TOP” verlişinin aparıcısı olub. Amma o, aparıcısı olduğu verlişdə hazırda çalışdığı komandasını da unutmayıb. Belə ki, verilişin yarıdan çoxunu “Neftçi”yə həsr edib. Bundan başqa Əşrəfoğlu verilişin ilk yarısında turda “Xəzər Lənkəran”la oyunda Əliyar Ağayevin təyin etdiyi penaltini müzakirəyə çıxarıb. Bu azmış ki, “Neftçi”nin həmin penalti epizodu ilə bağlı hazırladığı videonu da təqdim edərək, klubuna şirinlik edib.
Düzdü, Əşrəfoğlu bacarıqlıdı, fərasətinə də bələdik. Yəqin ki, yaxın günlərdə səbrsizliklə sözügedən verilişə qonaq qismində “Xəzər Lənkəran”ın vitse-prezidentinin də təşrif buyurmasını gözləyənlər var. Maraqlı tandem alınar – əzəli rəqiblərin rəsmiləri: biri qonaq, biri aparıcı qismində.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu