Ölkə futbolu
Ayaz Mehdiyevi aldadıblar
Ötən mövsüm “Rəvan”ın çempionatı…
Ötən mövsüm “Rəvan”ın çempionatı sonuncu pillədə başa vurması bir sıra aparıcı futbolçuların klubla yollarını ayırması ilə nəticələndi. Futbolinfo.az xəbər verir ki, yerli futbolçular da birinci divizionda çıxış etmək istəmədi.
Bu futbolçulardan biri də Ayaz Mehdiyev oldu. Gənc yarımmüdafiəçi Türkiyəyə üz tutaraq, PTT 1-ci Liqasında çıxış edən “Girəsunspor”la anlaşdı. Ancaq hələ ki, həmyerlimiz yeni klubda debüt edə bilməyib. Komandanın baş məşqçisi Mehmet Birinci futbolçunu “Girəsunspor”un 21 yaşlılardan ibarət komandasına yollayıb.
Futbolçunun autsayder komandada yerini möhkəmləndirə bilməməsinin səbəbləri də məlumdu. Ayazın çıxış etdiyi mövqedə iki güclü futbolçunun olması, baş məşqçinin ondan üz döndərməsi ilə nəticələnib. İş burasındadı ki, Mehdiyevi türk klubuna "daima əsas heyətdə oynayacaqsan" vədini verərək aparıblar. Yəni, komanda haqda heç bir məlumat verməyərək gənc yarımmüdafiəçini aldadıblar.