Ölkə futbolu
“Qarabağ”la oyun Fransa klubu üçün əlamətdar olacaq
Sabah “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin i…
Sabah “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk qarşılaşmasında Bakıda Fransa “Sent-Etyen”i ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, bu qarşılaşma fransızlar üçün əlamətdar olacaq.
Belə ki, Ağdam klubu ilə görüş Fransa təmsilçisinin avrokuboklardakı 90-cı oyunu olacaq. “Atlılar”ın rəqibi ilk dədə avrokuboklarda 1957-ci ildə çıxış edib. Həmin ildə komandanın rəqibi Şotlandiyanın “Qlazqo Rencers” klubu olub. “Sent-Eyten”in bu vaxta qədər avrokuboklarda çıxışı aşağıdak kimidi:
– Çempionlar Kuboku – 41 oyun
– Kuboklar Kuboku – 6
– UEFA Kuboku və Avropa Liqasıpası – 38
– İntertoto Kuboku – 4
Maraq üçün bildirək ki, franszlar bu qarşılaşmaların 39-da qələbə, 21-də heç-heçə, 29-da isə məğlub olublar.