Dünya futbolu
Pike: “Bu cür təzyiqə heç kim dözə bilməz”
"Barselona"nın futbolçusu Jerar Pike maraqlı fikirl…
"Barselona"nın futbolçusu Jerar Pike maraqlı fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının ilk turunda bu gecə doğma meydanda Kipr APOEL-ini qəbul edəcək komandanın üzvü oyundan öncə belə danışıb:
“Çempionlar Liqasını hər 2-3 ildən bir qazanmaq mümkün deyil. İndiyə qədər cəmi dörd dəfə qalib gəldik. Şübhəsiz, komandamız olduqca güclü heyətə malikdi. Biz də bundan faydalanmalıyıq. Komandada hər kəs yenidən bütün titulları qazanmaq istəyir. Amma biz Çempionlar Liqasını hər il qazana bilmərik. Bu cür təzyiqə heç kim dözə bilməz”.