Dünya futbolu
Heyvansevərlər Volkan Dəmirəlin həbsini tələb etdi
Heyvansevərlər "Fənəbaxça"nın qolkiperi Volkan D…
Heyvansevərlər "Fənəbaxça"nın qolkiperi Volkan Dəmirəldən şikayət ediblər. Futbolinfo.az xəbər verir ki, buna qapıçının "Qalatasaray"ın "pitbull" ləqəbli futbolçusu Felipe Melo haqqında dediyi söz ("bələdiyyə lazımsız itləri zəhərləsin") səbəb olub.
Heyvanları Qoruma Dərnəyi məsələylə bağlı İstanbul Prokurorluğuna şikayət ünvanlayıb. Onlar Volkanın 3 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edirlər.
Şikayətin ardından Prokurorluq 32 yaşlı qapıçıdan ifadə almaq qərarına gəlib. İfadənin ardından prokurorun iddiayla balı iş açıb-açmayacağı bəlli olacaq.