Bizi izləyin

Müsahibə

Muarem: "Sent-Etyen"i favorit hesab etmirik"

"Qarabağ"ın makedoniyalı yarımmüdafiəçisi M…

blank
"Qarabağ"ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muaremin futbolinfo.az saytına müsahibəsi
 
– Sabah Avropa Liqsının qrup mərhələsində ilk matçınıza çıxacaqsız. Fransa "Sent-Etyen"i ilə oyundan nə gözləyirsiz, hazırlıq necə keçdi?
– Fransa çempionatı ağır keçir. O çempionatda çox qol vurulmur. Son oyunlarını da izlədim. Düzdü, 1:0 hesabı ilə qalib gəldilər, amma rəqibləri öz qapılarına qol vurdu. PSJ-yə 0:5 hesabı ilə uduzdular, amma digər oyunlarında az qol olur. Bizi çətin oyun gözləyir. Bu matça yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, istədiyimiz nəticəni qazanarıq.
 
– Rəqib futbolçular açıqlamalarında "Qarabağ"ı tanımadıqlarını deyirlər. Bunu necə şərh edərdiz? Sizcə, komandanızı zəif rəqib gördükləri üçün çox maraqlanmırlar?
– Əslində düz deyirlər. Çünki Avroliqada ilk dəfə qruplarda çıxış edəcəyik. Bu səbəbdən də bizi tanımamaları normaldı. Amma biz oyuna çıxıb, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bəlkə bizi favorit hesab etmirlər. Elə biz də onları nə qrupda, nə də bizlə oyunda favorit hesab etmirik. Biz meydana çıxıb, öz oyunumuzu oynamağa çalışacağıq. Əgər öz oyunumuzu göstərə bilsək, problem yaşayacağımızı hesab etmirəm.
 
– Bəs sizdə vəziyyət necədi? Rəqibi kifayət qədər öyrənə bilmisiz?
– Bəli, biz də onların matçlarını izləyirik. Amma hər turnirin oyunları fərqli olur. Ola bilər ki, çempionatda başqa, Avroliqada başqa oyun göstərsinlər. Bu səbəbdən də onların taktikasını, necə oynadıqlarını 100 faiz öyrənə bilməzsiz. Buna görə də ilk matça çıxıb, oynamaq lazımdı. Biz oyun taktikamızı onlara görə qurmayacağıq, sadəcə çıxıb, öz oyunumuzu oynayacağıq. Mən belə düşünürəm.
 
– Türkiyə millisinin futbolçusu Mevlüt Ərdinç də "Sent-Etyen"də çıxış edir. O da komandanın aparıcı futbolçularından biridi. Ümumiyyətlə, rəqib komandada daha çox ehtiyatlandığınız, çəkindiyiniz futbolçu varmı?
– Yox, elə bir futbolçu yoxdu. Amma Mevlütü Türkiyə millisindən tanıyıram. O, komandasında ən yaxşı oyunçulardan biridi.
 
– İlk oyununuzun Bakıda keçirilməsi sizin üçün müsbət haldı, ya necə?
– Təbii ki, müsbət haldı. Azarkeşlərimiz qarşısında oynamaq yaxşıdı. Evdəki oyunlarımızda necə ab-hava olduğunu hamı bilir. Bu dəfə də elə ab-hava gözləyirik. İnanırıq ki, azarkeşlərimiz bu dəfə bizi daha çox dəstəkləyəcək. Çıxıb, qalib gəlmək istəyirik.
 
– Oyunun keçiriləcəyi stadiona yeni ot örtüyü döşənib. Baş məşqçiniz Qurban Qurbanov gedib meydançanı yoxlayıb. Siz də gedib, baxdınızmı? Ümumiyyətlə, meydançanın hazırkı vəziyyətindən xəbəriniz varmı?
– Meydança ilə bağlı hələ bir şey görməmişik. Bu gün gedib, orada məşq edəcəyik. Amma yeni ot örtüyünün döşənməsindən xəbərimiz var. Ümid edirəm ki, yaxşı olar. Təbii ki, 100 faiz hazır olmayacaq. Çünki ot örtüyü yenidi. Hesab edirəm ki, əvvəlkindən daha yaxşı olar. Baş məşqçimiz bizə sadəcə, onu dedi ki, meydança hazırdı və bu gün orada məşq edəcəyik. Məşq zamanı myedançanın necə olduğu daha yaxşı bilinəcək.
 
– Qrupda "Sent-Etyen"dən başqa İtaliya "İnter"i və Ukrayna "Dnepr"i də sizin rəqibinizdi. Bu qrupdakı şansınızı necə dəyərləndirərdiz?
– Əslində bu barədə danışmaq hələ tezdi. Amma çətin qrupdu. İstər "Dnepr"i, istərsə də "İnter"i hamı tanıyır. Məncə, çox çətin qrupdu. Amma biz əlimizdən gələni edəcəyik. Bundan əvvəl bu rəqiblərdən daha güclü olan Avstriya "Zalsburq"u ilə oynadıq. Onları burada məğlub etsək də, səfərdə uduzduq. Hesab edirəm ki, hər komanda ilə oynamaq olar. Məncə, elə də problem yaşamayacağıq. Hətta deyərdim ki, bu dəfəki oyunlarımız daha rahat olacaq. Çünki təsnifat mərhələlərindəki oyunlar daha gərgin olur. İlk oyundan yaxşı nəticə qazanmaq istəyirsən. Amma belə daha rahatdı. Bir oyunda qalib gələndə 3 xal qazanırsan. Məncə, bizdə gərginlik olmayacaq. Hər birimizin qrupdan çıxmaq şansımız var. Özümüzü nə favorit nesab etmirəm, nə də autsayder.
 
– Bakıda qrup mərhələsinin ilk matçına çıxacaqsız. Azarkeşlərinizə hər hansı bir ismarıcınız var?
– Azarkeşlərimizə ismarıcım odu ki, bizi yaxşı dəstəkləsinlər. Ola bilər ki, erkən qolla geriyə də düşə bilərik, amma onlar bizə inansınlar və sona qədər dəstəkləsinlər.
 
ELMAR VƏLİYEV
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-04 16:18

Yunanov bu gün mükafat alacaq

blank
Digər idman növləri2024-05-04 16:00

Bakıdakı Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

blank
Premyer-liqa2024-05-04 15:51

“Kəpəz” “Sumqayıt”a qarşı – YENİLƏNİR

blank
Milli komanda2024-05-04 15:39

Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-04 15:20

“Bakı Marafonu-2024”ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

blank
Ölkə futbolu2024-05-04 14:46

“Kəpəz”də 4 itki

blank
Ölkə futbolu2024-05-04 14:03

“Kəpəz”in elitada qalması yeni imkanlar yaradacaq” – Millət vəkili

blank
Digər idman növləri2024-05-04 13:22

Millimizdən Avropa kubokunda bürünc medal

blank
Dünya futbolu2024-05-04 12:36

Renat Dadaşovun komandasında yeni baş məşqçi

blank
Milli komanda2024-05-04 11:57

Millimiz İnkişaf Turnirində ikinci oyununu keçirəcək

blank
Ölkə futbolu2024-05-04 10:48

Ozan Can cəzalandı, komandası uduzdu

blank
Ölkə futbolu2024-05-04 10:19

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”

blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm