Ölkə futbolu
"Azərbaycanda qələbə qazana biləcəyimiz şübhəlidi"
Fransa "Sent-Etyen"inin futbolçusu Jonatan Brizon Avr…
Fransa "Sent-Etyen"inin futbolçusu Jonatan Brizon Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Ağdam klubunu və Azərbaycanı tanımadığını deyib:
"Azərbaycan bizim üçün bütünlüklə yaddı. Orada qələbə qazana biləcəyimiz şübhəlidi. "Esbyerq"ə (Danimarka) uduzduq. Həmçinin Karabükdə (Türkiyə) də. İndi də Azərbaycana gedirik və bu, bir qədər şübhəlidi. Biz həmin yer haqqında heç nə bilmirik. Həmçinin harada matça çıxacağımızı da bilmirik. Bu durum bir az qeyri-adidi. Misal üçün oynayacağımız meydançanın necə olduğundan xəbərimiz yoxdu. Oraya öyrəşməyimiz üçün bir az vaxta ehtiyacımız olacaq. "Qarabağ"ın hansı səviyyədə olduğunu da hələ müəyyənləşdirə bilməmişik. Aydındı ki, iki komandadan biri ya qalib gələcək, ya da heç-heçə edəcək. İlk baxışdan görünür ki, bizim üçün heç-heçə də pis nəticə olmazdı. Əgər əlimizə onları məğlub etmək şansı düşsə, bunu qaçırmamağa çalışacağıq".