Ölkə futbolu
Jeremi Kleman: "Bakıdan qələbə ilə qayıtmağa çalışacağıq"
Fransanın "Sent-Etyen" klubunun yarımmüdafiəç…
Fransanın "Sent-Etyen" klubunun yarımmüdafiəçisi Jeremi Kleman Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu vaxta qədər rəqib haqda məlumatım yox idi. Ancaq "Qarabağ"ın oyununa baxanda yaxşı komanda olduğunu bildim. Avropa Liqasında oynadığımız üçün çox şadam. Burada gördüyüm ajшotajdan zövq alıram. Təcrübəli futbolçularımız var. Bakıdan qələbə ilə ayrılmaq üçün çalışacağıq".