Ölkə futbolu
Danilo Dias: "Fanatlardan böyük dəstək gözləyirik"
"Qarabağ"ın futbolçusu Danilo Dias Avropa Liqasın?…
"Qarabağ"ın futbolçusu Danilo Dias Avropa Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacaqları Fransa "Sent-Etyen"i ilə oyun öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
"Oyuna yaxşı hazırlaşmışıq. Rəqibi kifayət qədər analiz etdik, oyunlarında hazırlanmış videolara baxdıq. Hər şey yaxşıdı. Çalışacağıq ki, ilk oyunda uğurlu nəticə qazanaq. Hesab edirəm ki, buna gücümüz çatar. Azarkeşlərimizin dəstəyi də çox önəmlidi. Bu matçda onlardan böyük dəstək gözləyirik".