Dünya futbolu
“Dünyada heç bir futbolçu 70 milyona dəyməz”
İngiltərə futbolunun canlı əfsanələrindən Brayan Robson "…
İngiltərə futbolunun canlı əfsanələrindən Brayan Robson "Mançester Yunayted”in transferləri barədə danışıb. Futbolinfo.az xəbər verir ki, Robson klubun yayda apardığı transfer siyasətini tənqid edib:
"Mövsümlərarası fasilədə MY Anhel Di Mariya üçün 70 milyon avro ödədi. Argentinalı oyunçu bu məbləğə layiqdimi? Bu transfer UEFA-nın tələb etdiyi maliyyə feyr-pley qaydalarına nə dərəcədə uyğundu? Düşünürəm ki, dünyada heç bir futbolçu 70 milyona dəyməz! Xüsusilə planetdə mövcud olan qlobal problemləri nəzərə alaraq bunu deyirəm. Amma futbol elə sənayedi ki, orda mmüəyyən reklam öhdəlikləri, teleyayım və maliyyə məsələləri var".