Dünya futbolu
Qol vurdu, tunelə düşdü (VİDEO)
Braziliya çempionatında maraqlı hadisə baş verib. Futbolinf…
Braziliya çempionatında maraqlı hadisə baş verib. Futbolinfo.az xəbər verir ki, "Koritiba" – "Sao-Paulo" (3:1) matçında ev sahibi komandanın futbolçusu Tadyo Joel qol sevincini qeyd edərkən arzuolunmaz hadisə ilə üzləşib.
Belə ki, o, topu tora qovuşdurduqdan sonra sevincli şəkildə azarkeşlərinə tərəf qaçıb. Stadion işçiləri ona mane olmaq istəsələr də, Joel başa düşməyib və reklam lövhələrinin üstündən tullanarkən, soyunub-geyinmə otağına gedən tunelə düşüb. Xoşbəxtlikdən futbolçu bu qəzadan xəsarət almadan qurtulub.