Ölkə futbolu
Qurban Qurbanov: "Heç-heçəni şişirtmək lazım deyil"
Azərbaycan çempionu "Qarabağ"ın baş məşqç…
Azərbaycan çempionu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Oyunda qol çatmırdı. Futbolçular sona kimi yaxşı mübarizə apardı. Komandamın müdafiədə oynamağından razı qaldım. Rəqib çox təcrübəli və intizamlı komanda idi. Bu oyunda çox istərdim ki, azarkeşlərimizi daha da sevindirək. Onlara "çox sağ ol" deyirəm. Belə oyunda güclü millət olduğumuzu bilirik. Bayrağın arenada dalğalanması möhtəşəm idi. Rəqib ortada çoxluq təşkil edirdi. Buna görə də Reynaldo müdafiəyə kömək etdi. Mənə elə gəlir ki, hücumda daha çox olan tərəf biz idik. Hər bir qazandığımız xal bizim xeyrimizədi. Məni daha çox maraqlandıran komandanın oyunudu. Əzmkarlıq olsa, sabah üç xal da gələcək. Şükür etməliyik ki, xal qazandıq. Amma bunu şişirtmək lazım deyil. Bütün futbolçularımdan razı qaldım. Bizim çempionatımızın səviyyəsi yüksəkdi. Hər bir oyun bizim üçün böyük bir təcrübədi. Lap üzərindən 10 il keçsə də, yenə təcrübə qazanmalıyıq".