Dünya futbolu
Maks Qradel: “Yaxşı müdafiə olunduq və dəyərli 1 xal qazandıq”
“Sent-Etyen”in kot d`ivuarlı hücumçusu Maks Q…
“Sent-Etyen”in kot d`ivuarlı hücumçusu Maks Qradelin futbolinfo.az saytına müsahibəsi
– Avropa Liqasının qrup mərhələsinin ilk matçında “Qarabağ”la qolsuz (0:0) bərabərə qaldınız. Oyunu necə şərh edərdiniz?
– Yaxşı oyun oldu. Hər iki komandanın da epizodları oldu. Amma hesab açılamdı. Nəticədə səfərdən qolsuz heç-heçə ilə ayrılırıq.

– Bu nəticəni sizin üçün uğurlu hesab edirsiniz?
– Bəli. 1 xal qazanmaq bizim üçün yaxşı nəticədi. Çünki səfər oyunu idi. Həmişə səfərdə qalib gəlmək çətin olur. Beləliklə, burada 1 xal qazanmaq çox yaxşı nəticədi.

– Belə çətin oyun gözləyirdiniz? Yoxsa, asanlıqla qələbə qazanacağınızı düşünürdünüz?
– Bəli, oyunun çətin olacağını gözləyirdik. Çünki Avroliqa oyunları həmişə ağır keçir. Səfər oyunu olması da bizim üçün əlavə çətinlikdi. Belə oyunların ab-havası da başqa cür olur, çempionat matçlarına oxşamır.

– Oyundan əvvəl komanda yoldaşların açıqlamalarında deyirdilər ki, biz “Qarabağ”ı tanımırıq. Bu matçda siz təsəvvür etdiyinizdən daha çətin rəqib gördünüz, ya necə?
– Ola bilər, amma mən belə düşünmürdüm. Çünki Avroliqa oyunlarının səviyyəsi yüksək olur. Rəqibin təsnifat mərhələlərindəki oyunlarına, qazandığı nəticələrə də baxanda görünürdü ki, güclü komandaya qarşı oynayacağıq. “Qarabağ”ın yaxşı oyunçuları var.

– Bayaq komanda yoldaşlarında dedi ki, biz müdafiə oyunu oynayırdıq. Buna səbəb nə idi?
– Bayaq da dediyim kimi bu səfər matçıdı. Belə matçlarda da çalışmalısan ki, uduzmayasan. Biz də yaxşı müdafiə olunduq və dəyərli 1 xal qazandıq. Hesab edirəm ki, bu da yaxşı nəticədi.

– “Qarabağ” qarşısında qələbə üçün oynamaq sizin üçün çox çətin idi?
– Sadəcə olaraq, çalışdıq ki, uduzmayaq. Müdafiədə gözləyirdik ki, “Qarabağ” bizə tərəf gəlsin və topu alıb, əks-hüculmar təşkil edək. Səfərdə oynayarkən belə etməlisən. Amma evdə belə oynamayacaq. Öz meydanımızda hücum oyununa üstünlük verəcəyik.

– Oyundan əvvəl “Qarabağ”ın futbolçusu dedi ki, biz “Sent-Etyen”i nə bu matçda, nə də qrupda favorit hesab etmirik. Bununla bağlı fikirinizi bilmək istərdik?
– Bu onların fikiridi. Gözləyək və görək necə olacaq. Hər şey sonda bilinəcək.

ELMAR VƏLİYEV
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-16 08:00
Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”