Ölkə futbolu
“Qarabağ” üçün heç-heçəyə görə 100 min avro
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk qar…
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk qarşılaşmasında Bakıda Fransa “Sent-Etyen”i ilə qolsuz heç-heçə etdi. Futbolinfo.az xəbər verir ki, bu bərabərlik Ağdam klubunun büddcəsini bir qədər artırdı.
Belə ki, UEFA 2014/15 mövsümündə qrup mərhələsində iştirak edən hər komandanın qələbəsinə 200 min, heç-heçəsinə isə 100 min avro mükafat verir. Ağdam klubu da dünənki qarşılaşmada meydandan heç-heçə ilə ayrıldığı üçün büddcəsinə 100 min avro daxil olub.
Qeyd edək ki, Avroliqanın 1/16 finalına qrup qalibi kimi çıxan komandaya 400 min avro, ikinci pillənin sahibi kimi çıxana isə 200 min avro mükafat veriləcək.