Dünya futbolu
“Mən çox məyus və çaşqın vəziyyətdəyəm"
İngiltərənin "Fulhem" klubu baş məşqçisi Feliks…
İngiltərənin "Fulhem" klubu baş məşqçisi Feliks Maqatla yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, klubun rəsmi saytı buna komandanın uğursuz çıxışının səbəb olduğunu yazıb. Artıq rəhbərlik yeni çalışdırıcı axtarışındadı.
Qeyd edək ki, Maqat bu ilin fevralında "Fulhem"ə gəlmişdi. Təcrübəli mütəxəssis isə London təmsilçisini Premyer Liqada saxlaya bilməmişdi. Hazırda isə klub Çempionşipdə də 2 qələbə, 6 məğlubiyyətlə turnir cədvəlində sonuncu yerdədi.
Maqat "Fulhem"dən qovulmasını belə şərh edib: “Mən çox məyus və çaşqın vəziyyətdəyəm. Əminəm ki, komandada dəyişikliklər etməklə tənəzzülün qarşısını ala bilərdim. Bunun üçün heyəti gənc oyunçularla əvəzləmək lazımdı".